Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Xəbərlər

2026 Apr

20.04.2026

Konstitusiya Məhkəməsi  Palatasının  növbəti iclası keçirilib.

İclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun mayın 12-nə təyin edilmiş iclasında baxılacaq.