2026-cı il iyul ayının 25-də Konstitusiya Məhkəməsinin
sabiq hakimi, hüquq elminin və konstitusiya ədalət mühakiməsinin inkişafına dəyərli
töhfələr vermiş Mahir Muradovun anadan olmasının 70 illiyi tamam olur.
Mahir Muradov yüksək hüquqi
biliyi, peşəkarlığı, prinsipiallığı və məsuliyyətli fəaliyyəti ilə yanaşı, zəngin
insani keyfiyyətləri, yüksək mənəvi dəyərləri, təvazökarlığı, ziyalılığı ilə həmkarlarının
və onu tanıyan hüquqşünasların və hər kəsin dərin hörmətini qazanmışdır. O,
qanunun aliliyinə, ədalət prinsiplərinə və dövlətçilik ideallarına daim sadiq
qalaraq konstitusiya ədalət mühakiməsinin formalaşması və inkişafı istiqamətində
mühüm xidmətlər göstərmiş, səmərəli fəaliyyəti ilə hüquq ictimaiyyəti arasında
özünəməxsus iz qoymuşdur.
Mahir Muradovun əziz xatirəsi
Konstitusiya Məhkəməsinin kollektivi tərəfindən böyük ehtiram və minnətdarlıq
hissi ilə yad edilir. Anadan olmasının 70 illiyi münasibətilə onun nümunəvi şəxsiyyətini,
zəngin mənəvi irsini yüksək peşəkar hüquqşünas kimi dərin hörmətlə anır, xatirəsini
daim əziz tutduğumuzu bildiririk.
Allah rəhmət eləsin!
