Konstitusiya Məhkəməsində Aviasiya Akademiyasının tələbələri ilə görüş keçirilib

Xəbərlər

2026 Nov

16.11.2026

Konstitusiya Məhkəməsində Azərbaycan Milli Aviasiya Akademiyasının tələbələri ilə maarifləndirici görüş keçirilib.

Görüş zamanı tələbələrə Konstitusiya Məhkəməsinin yaranma tarixi, formalaşma mərhələləri, konstitusiya ədalət mühakiməsi sistemində yeri və rolu, əsas fəaliyyət istiqamətləri, habelə qəbul edilmiş qərarlar və onların hüquq sisteminin inkişafına təsiri barədə ətraflı məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də konstitusiya dəyərlərinin qorunması istiqamətində həyata keçirilən ardıcıl siyasətin əhəmiyyəti vurğulanıb.

Konstitusiya Məhkəməsi qeyd edir ki, bu kimi maarifləndirici tədbirlər gənclərin hüquqi biliklərinin artırılması, konstitusiya dəyərlərinə hörmət ruhunda formalaşması və dövlət institutlarının fəaliyyəti ilə yaxından tanış olmaları baxımından mühüm əhəmiyyət daşıyır. 

Görüş tələbələrdə Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında dolğun təsəvvür yaratmaqla yanaşı, onlarda xoş təəssürat və böyük maraq doğurub.