16.11.2026
Konstitusiya Məhkəməsində
Azərbaycan Milli Aviasiya Akademiyasının tələbələri ilə maarifləndirici görüş
keçirilib.
Görüş zamanı tələbələrə
Konstitusiya Məhkəməsinin yaranma tarixi, formalaşma mərhələləri, konstitusiya ədalət
mühakiməsi sistemində yeri və rolu, əsas fəaliyyət istiqamətləri, habelə qəbul
edilmiş qərarlar və onların hüquq sisteminin inkişafına təsiri barədə ətraflı məlumat
verilib.
Tədbirdə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi
dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də
konstitusiya dəyərlərinin qorunması istiqamətində həyata keçirilən ardıcıl
siyasətin əhəmiyyəti vurğulanıb.
Konstitusiya Məhkəməsi qeyd
edir ki, bu kimi maarifləndirici tədbirlər gənclərin hüquqi biliklərinin
artırılması, konstitusiya dəyərlərinə hörmət ruhunda formalaşması və dövlət
institutlarının fəaliyyəti ilə yaxından tanış olmaları baxımından mühüm əhəmiyyət
daşıyır.
Görüş tələbələrdə Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında dolğun təsəvvür yaratmaqla yanaşı, onlarda xoş təəssürat və böyük maraq doğurub.