12.11.2026
12 Noyabr – Konstitusiya Günü münasibətilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəhbərliyi, hakimləri və Aparat əməkdaşları Fəxri xiyabanı ziyarət edərək müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının banisi və müəllifi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, üzərinə tər çiçəklər düzülüb.
