24.07.2025
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə və
«Konstitusiya Məhkəməsi haqqında» Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya
Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında
qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə
Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 3-nə təyin edilmiş iclasında
baxılacaq.
