Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Xəbərlər

2025 Jul

04.07.2025

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Qvaladze Otari Rafaelyeviç,

Tutayuk Fərhad Xaspolad oğlu,

Quliyev Rauf Rəhim oğlu,

Rzayev Rəşid Şükür oğlu.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri                               Sahibə Qafarova

 

Bakı şəhəri, 4 iyul 2025-ci il