08.11.2026
8
Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
hakimləri və Aparatının əməkdaşları Bakıda yerləşən Zəfər parkını ziyarət ediblər.
Ziyarət
zamanı Zəfər abidəsi önünə gül dəstələri qoyulub, Azərbaycanın müstəqilliyi, ərazi
bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin
ehtiramla yad edilib.
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, iradəsinin və qəhrəmanlığının təntənəsidir.
