13.11.2026
Noyabrın
13-də Konstitusiya Məhkəməsinin rəhbərliyi, hakimləri və Aparatın məsul
əməkdaşları “Azərbaycan” kinoteatrında nümayiş olunan nəhəng kinematoqrafiya
layihələrindən biri olan “44” bədii filminin nümayişində iştirak ediblər.
Azərbaycan
xalqının Vətən müharibəsində nümayiş etdirdiyi misilsiz qəhrəmanlığı, milli
birliyi, sarsılmaz iradəsini və tarixi Zəfərə aparan şanlı mübarizəsini əks
etdirən film iştirakçılarda dərin emosional təəssürat yaradıb.
Filmin
nümayişi 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini, Azərbaycan xalqının
azadlıq və suverenlik uğrunda mübarizəsinin mahiyyətini, gənc nəslin
vətənpərvər ruhda yetişməsini, torpaqlarımızın işğaldan azad edilməsi naminə
qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitlərinin şərəfli döyüş yolunu bir
daha ehtiramla xatırlamaq baxımından xüsusi məna daşıyır.
Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun
qazandığı möhtəşəm Zəfər xalqımızın milli qürurunun, dövlətimizin qüdrətinin və
ərazi bütövlüyümüzün bərpasının rəmzinə çevrilib. 2023-cü ilin sentyabrında
həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin
ölkəmizin bütün ərazilərində tam bərpa edilməsi isə Azərbaycan dövlətçiliyinin
tarixində yeni və şanlı mərhələnin başlanğıcını müəyyən edib.
Filmin
nümayişi müasir tariximizin ən mühüm hadisələrinə ehtiramın ifadəsi,
milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinin
təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq Vətən müharibəsi və tarixi Zəfər milli birliyimizin, dövlətçilik iradəmizin və azadlıq əzmimizin təntənəsi olmaqla, gələcək nəsillər üçün qəhrəmanlıq, fədakarlıq və Vətənə sədaqət nümunəsidir.