02.11.2026
28–30 oktyabr tarixlərində Serbiya Respublikası
Konstitusiya Məhkəməsinin sədri Vladan Petrovun dəvəti əsasında Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Belqrad şəhərində
Serbiya Respublikasının Milli Assambleyasında keçirilmiş “Serbiya Respublikası
Konstitusiyasının 20 ili” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Konfransda
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini hakim Rəşid Rzayev və Aparat rəhbərinin
müavini Ziya Qasımov təmsil ediblər.
Tədbirin açılış mərasimində Serbiya Konstitusiya Məhkəməsinin
sədri Vladan Petrov tədbir iştirakçılarını salamlayaraq konfransın əhəmiyyətini
vurğulayıb.
Konfransda Serbiya Ali Məhkəməsinin sədri Mirolyub
Tomiç, İtaliya Konstitusiya Məhkəməsinin sədri Covanni Amorozo, Venesiya
Komissiyasının sədrinin müavini Eyrik Holmyovik, Dünya Hüquqşünaslar
Assosiasiyasının sədri Xavyer Kremades, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
hakimi Lətif Hüseynov və konfransın digər iştirakçıları məruzələrlə çıxış ediblər.
Daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
hakimi Rəşid Rzayev çıxış edərək, sədr Fərhad Abdullayevin təbriklərini
iştirakçıların diqqətinə çatdırıb.
Konfransda konstitusiya ədalət mühakiməsi və insan
hüquqlarının müdafiəsi üzrə geniş müzakirələr və fikir mübadiləsi aparılıb,
beynəlxalq təcrübəyə və müasir yanaşmalara dair məruzələr dinlənilib.
