Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Новости

2026 Sep

18.09.2026

Konstitusiya Məhkəməsi  Palatasının  növbəti iclası keçirilib.

İclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Konstitusiyanın 32-ci maddəsinin I və II hissələrinin, 71-ci maddəsinin II hissəsinin, Mülki Məcəllənin 26-cı, Ailə Məcəlləsinin 53.3-cü maddələrinin Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3, 6.24-6.28-ci bəndləri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Ali Məhkəmənin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 9-na təyin edilmiş iclasında baxılacaq.