Xanlar Vəliyev

Hakim

Photo

15 mart 1955-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur.

1961-ci ildə Yevlax şəhəri 4 saylı orta məktəbinə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir.

1971-ci ilin iyul ayından 1973-cü ilin avqust ayınadək Yevlax Rayonlararası Rabitə avtobazasında mühərrik təmirçisi işləmişdir.

1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olub, 1978-ci ildə həmin universiteti hüququşünas ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1978-ci ildə bölgü əsasında Azərbaycan SSR Prokurorluğunda işə qəbul olunmş, həmin tarixdən 1979-cu il tarixədək Gəncə (Kirovabad) şəhər prokurorluğunda stajor-baş müstəntiq, 1979-1985-ci illərdə həmin prokurorluqda baş müstəntiq, 1985-1989-cu illərdə prokuror köməkçisi vəzifələrində çalışmışdır.

1989-cu ildə Qazax rayon prokurorunun müavini, 1993-cü ildə Şəmkir rayon prokurorunun müavini vəzifəsində işləmişdir.

1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini vəzifəsində çalışmışdır. 21.04.2000-ci il tarixədək həmin vəzifədə çalışdıqdan sonra Azərbaycan Respublikası Prezidentinin həmin tarixli Sərəncamı ilə vəzifədən azad olunaraq, Azərbaycan Respublikası Baş Prokurorunun Sərəncamına göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Hərbi Prokuroru-Baş Prokurorun müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli, 08 aprel 2015-ci il tarixli, 08 aprel 2020-ci il tarixli Sərəncamlarıyla yenidən həmin vəzifəyə təyin olunmuşdur.

Azərbaycan Respublikası Baş prokurorunun 15 mart 2005-ci il tarixli əmri ilə "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2005-ci il tarixli Sərəncamı ilə ədliyyə general-leytenantı hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2006-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025 -ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

11 aprel 2025-ci il tarixdə, Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2025-ci il tarixli Sərəncamı ilə hərbi geyim forması daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır.

Hüquq elməri namizədidir.

Ailəlidir, 3 övladı var.