AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN
RESPUBLİKASI
KONSTİTUSİYA
MƏHKƏMƏSİNİN
QƏRARI
Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 11 saylı Üçüncü Xətai
seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş təkrar seçkilərin nəticələrinin
yoxlanılması və təsdiqi haqqında
26
fevral 1999-cu il Bakı şəhəri
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev,
B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, S.Salmanova, Ə.Sultanovdan
ibarət tərkibdə,
məhkəmə katibi
V.Zeynalovun,
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri C.Vəliyevin, MSK-nın katibi İ.Abbasovun,
deputat seçilmək haqqında vəsiqə almış T.Hü¬sey¬no¬vun iştirakı ilə Azərbaycan
Respublikası Konstitusiyasının 86 və 130-cu maddəsinin V hissəsinə müvafiq
olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üsulunda Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 11 saylı Üçüncü Xətai
seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş təkrar seçkilərin nəticələrinin
elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24
fevral 1999-cu il tarixli 106/403 saylı qərarına əsasən təkrar seçkilərin nəticələrinin
yoxlanılması və təsdiqi haqqında konstitusiya işinə baxdı.
Hakim B.Qəribovun məruzəsini,
xüsusi konstitusiya icraatında maraqlı suby¬ek-t¬in qanuni nümayəndəsi
İ.Abbasovun çıxışını dinləyib, müzakirə edərək Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi
MÜƏYYƏN
ETDİ:
''Azərbaycan
Respubikasının Milli Məclisinə seçkilər haqqında'' Azərbaycan Respublikası
Qanununun 74 və 81-ci maddələrinə əsasən 21 fevral 1999-cu il tarixdə
birmandatlı 11 saylı Üçüncü Xətai seçki dairəsində təkrar seçkilər
keçirilmişdir. Seçki ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən
Konstitusiya Məhkəməsinə 11 saylı Üçüncü Xətai birmandatlı seçki dairəsi üzrə
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələri haqqında dairə
seçki komissiyasının 21 fevral 1999-cu il tarixli protokolu, Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 11 saylı Üçüncü Xətai
seçki dairəsində təkrar seçkilər üçün deputatlığa namizəd göstərilmiş şəxslərin
siyahısının elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 28 yanvar 1999-cu il tarixli, 104/396 saylı və Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 11 saylı Üçüncü Xətai
seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş təkrar seçkilərin nəticələrinin
elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24
fevral 1999-cu il tarixli 106/403 saylı qərarları təqdim edilmişdir. Sənədlərdən
məlum olur ki, seçki dairəsinin 44 seçki məntəqəsində seçici siyahılarına daxil
edilmiş 48 026 seçicinin 29 695 nəfəri, yaxud 61,8 faizi səsvermədə iştirak
etmişdir. Onların 16 282 nəfəri, yaxud 55,6 faizi Azərbaycan Respublikasının
Milli Məclisi deputatlığına namizədlərdən Tofiq Həsən oğlu Hüseynovun lehinə səs
vermişdir. Bu isə ''Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
haqqında'' Azərbaycan Respublikası Qanununun 74-cü maddəsi ilə müəyyənləşdirilmiş
şərtlərə uyğundur. Təqdim olunmuş sənədlərdən görünür ki, Mərkəzi Seçki
Komissiyası tərəfindən ''Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
haqqında'' Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinin tələblərinə də
riayət edilmişdir.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, ''Konstitusiya Məhkəməsi
haqqında'' Azərbaycan Respublikası Qanununun 72, 75, 76, 78, 81, 83, 85-ci maddələrini
rəhbər tutaraq
QƏRARA
ALDI:
1. Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 11 saylı Üçüncü Xətai
seçki dairəsində 21 fevral 1999-cu il tarixdə keçirilmiş təkrar seçkilərin nəticələri
bütövlükdə təsdiq edilsin.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin bu qərarı elan edildiyi gündən qüvvəyə
minir.
3. Qərar 3 gün müddətində
''Azərbaycan'' qəzetində dərc edilsin.
4. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli
şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud təfsir edilə bilməz.