21 fevral 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1991-ci
ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi bitirmişdir.
1996-cı
ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu
ilə bitirmişdir.
1996-cı
ildən 1998-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə təcrübəsinin
ümumiləşdirilməsi, sistemləşdirilməsi və qanunvericiliyin təminatı şöbəsinin məsləhətçisi;
Beynəlxalq şöbənin rəisi vəzifələrində çalışmışdır.
1998-ci
ildən 2010-cu ilədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Aparatında Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində; 2010-cu ildən
2025-ci ilədək Konstitusiya Məhkəməsinin Aparat rəhbəri vəzifəsində
çalışmışdır.
04
iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin
hakimi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli Sərəncamına əsasən 2-ci dərəcə
dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Azərbaycan
Respublikası Prezidentinin 27 iyun 2013-cü il tarixli Sərəncamı ilə 3-cü
dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif
edilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 13 iyul 2023-cü il tarixli Sərəncamı ilə 2-ci
dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər
Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.
2025-ci
ildən Vəkillərin İxtisas Komissiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.