Rəşid Rzayev

Hakim

Photo

7 iyun 1960-cı ildə Bakı şəhərində şəhərində anadan olmuşdur.

1967-ci ildə Bakı şəhəri 175 saylı orta məktəbə daxil olmuş və 1977-ci ildə həmin məktəbi bitirmişdir.

1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsinə qəbul olub 1982-ci ildə həmin fakültəni bitirmişdir.

1982-ci ildən 1985-ci ilin avqust ayının 1-dək Azərbaycan SSR-si Ədliyyə Nazirliyinin Azərbaycan elmi-təhqiqat məhkəmə ekspertizası institutunda mütəxəssis, kiçik elmi işçi işləmişdir.

1985-ci il avqust ayının 1-dən prokurorluq orqanlarına işə qəbul olunmuşdur. Cənubi-Xəzər su prokurorunun boyük köməkçisi, müavini, su nəqliyyatı prokurorunun müavini, Bakı şəhər prokurorluğunda şöbə prokuroru vəzifələrində işləmişdir.

2004-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğunda idarə prokuroru vəzifəsində işləmişdir.

28 iyul 2007-ci il tarixindən 2 saylı Bakı İqtisad Məhkəməsinin sədri, 1 yanvar 2011-ci ildən 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin sədri, 2016-ci ilin fevral ayının 25-dən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri, 30 dekabr 2019-cu ildən 3 iyul 2025-ci ilədək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri vəzifəsində işləmişdir.

04 iyul 2025-ci il tarixdə, Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Hüquq üzrə fəlsəfə doktordur.

Dörd övladı var.