1978-ci il
yanvarın 18-də Naxçıvan şəhərində anadan olmuşdur.
1994-cü ildə Naxçıvan şəhəri 3 nömrəli
orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil
olmuşdur. 1998-ci ildə həmin fakültənin bakalavriatını, 2000-ci ildə isə
magistraturasını fərqlənmə diplomları ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2000-ci ildən Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik və hüquqi təbliğat idarəsinin
məsləhətçisi kimi başlamış, 2001-ci ildən 2006-cı ilədək həmin idarənin aparıcı
məsləhətçisi, baş məsləhətçisi, 2006-cı ildən 2007-ci ilədək nazir müavininin
köməkçisi vəzifələrində işləmişdir.
2007-ci ildən 2022-ci ilədək Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq
ekspertizası məsələləri şöbəsinin məsləhətçisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi,
baş məsləhətçisi və sektor müdiri, 2022-ci ildən 2025-ci ilədək Qanunvericilik
və hüquq siyasəti şöbəsinin sektor müdiri vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən 2025-ci il iyulun 4-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə”
medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 22 iyun tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif
olunmuşdur.
Hüquq üzrə fəlsəfə doktorudur.
Ailəlidir, iki övladı var.