İşlər Cədvəli

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi Plenumunda baxılacaq işlərin

CƏDVƏLİ

  

1.     Azərbaycan Respublikasının Prokurorluğunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə qarşılıqlı, habelə Cinayət Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş “xüsusi razılıq (lisenziya)” və “lisenziyalaşdırılma şərtlərinin pozulması” ifadələrini “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci və 1.0.1-1-ci maddələri, həmin Qanuna 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı” və “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 10, 11, 15 və 19-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair sorğusu.

Məhkəmə iclasının tarixi: 3 sentyabr 2026-cı il

 

2.     Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair müraciəti.

Məhkəmə iclasının tarixi: 8 sentyabr 2026-cı il

 

3.     Ərizəçi Kənan Yusif oğlu Həşimov və digərlərinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının    1.1-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti.

Məhkəmə iclasının tarixi: 9 sentyabr 2026-cı il

 

4.     Azərbaycan Respublikasının Prokurorluğunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 100.2.1, 100.3 və 469.4-cü maddələrinin həmin Məcəllənin 65.7, 142.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” adlı 33-cü fəslinin müddəaları ilə əlaqəli şəkildə şərh edilməsinə dair sorğusu.

Məhkəmə iclasının tarixi: 14 sentyabr 2026-cı il

 

5.     Göyçay Rayon Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin, həmin Məcəllənin 539-1.1-ci maddəsi, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 71-ci maddələri ilə əlaqəli şəkildə, həmin Məcəllənin 539.3-cü maddəsinin sanksiyasının 539-1.1-ci maddəsinin sanksiyasından ağır olması baxımından mütənasiblik prinsipi kontekstində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində sənəd təqdimi üçün konkret müddətin göstərilməməsinin hüquqi müəyyənlik prinsipi baxımından, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin həmin Məcəllənin 539-cu maddəsinə münasibətdə tətbiqinin şərtləri və hüdudu barədə şərh  edilməsinə dair müraciəti.

Məhkəmə iclasının tarixi: 15 sentyabr 2026-cı il

 

6.     Azərbaycan Respublikasının Prokurorluğunun Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət  Məcəlləsinin 244-1-ci maddəsinin Azərbaycan Respublikası İnzibati Xətalar  Məcəlləsinin 401-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair sorğusu.

Məhkəmə iclasının tarixi: 18 sentyabr 2026-cı il

 

7.     Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual  Məcəlləsinin 2.2.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair müraciəti.

Məhkəmə iclasının tarixi: (11 iyun 2026-cı il) - qeyri müəyyən vaxta təxirə salınıb

 

8.     Cəbrayıl Rayon Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192, 262, 264 və 539-cu maddələrinin, hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyəti baxımından inzibati xətalar haqqında işlərə baxmaq hüquqi olan vəzifəli şəxslərin səlahiyyətlərinin hədlərinə münasibətdə, eləcə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan “yoxlama”, “yoxlama obyekti”, “yoxlayıcı orqan”, “məcburi tələblər” anlayışlarının, habelə həmin Qanunun tələblərindən irəli gələrək “yoxlamaların vahid məlumat reyestrindən çıxarış”ın əldə edilməsi əsaslarının və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi ilə  əlaqəli şəkildə şərh edilməsinə dair müraciəti.

Məhkəmə iclasının tarixi: (19 iyun 2026-cı il)  qeyri müəyyən vaxta təxirə salınıb