AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
2010-cu il noyabrın 7-də keçirilmiş
dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin
nəticələrinə dair
29 noyabr 2010-cu il
Bakı şəhəri
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibləri
İ.İsmayılov
və V. Zeynalovun,
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov, sədr müavini Ş.Əliyev, katibi N.Məmmədov, üzvləri F.Cavadov, R.İbrahimov, V.Kazımova, Q.Orucov, A.Tağıyev, İ.Məmmədov, N.Nadirov, T.Cəfərova, T.Həsənov, A.Qurbanov, A.Qəhramanlı, O.Hümbətli, M.Rəhimov, G.Aslanlı və A.Muxtarovanın,
ekspertlər, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Konstitusiya
hüququ kafedrasının
baş müəllimi E.Nəsirov və həmin kafedranın dosent əvəzi M.İsmayılovun,
mütəxəssislər, Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin əməkdaşları
U.Həmidova və G.Əhmədovanın iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının
Milli Məclisinə 2010-cu il noyabrın 7-də keçirilmiş seçkilərin nəticələrinə
dair konstitusiya işinə baxdı.
Hakimlər F.Babayev və R.Qvaladzenin məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M. Pənahovun, Komissiyanın sədr müavini Ş.Əliyevin, katibi N. Məmmədovun, üzvü G.Aslanlının çıxışlarını, ekspertlər E.Nəsirov və M.İsmayılovun rəyini, mütəxəssislər U.Həmidova və G.Əhmədovanın arayışını dinləyib, müzakirə edərək Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikası
Konstitusiyasının
84-cü maddəsinin II hissəsinə
əsasən Azərbaycan
Respublikası
Milli Məclisinin
hər çağırışının
seçkiləri
hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Azərbaycan
Respublikası
Konstitusiyasının
109-cu maddəsinin 1-ci bəndinə görə Azərbaycan
Respublikasının
Prezidenti
Azərbaycan
Respublikasının
Milli Məclisinə
seçkiləri
təyin edir.
Azərbaycan
Respublikası
Konstitusiyasının
yuxarıda
göstərilən
normalarının
tələblərinə
uyğun olaraq «Azərbaycan
Respublikasının
Milli Məclisinə
seçkilərin
təyin edilməsi
haqqında» Azərbaycan
Respublikası
Prezidentinin
03 sentyabr 2010-cu il tarixli 1083 saylı sərəncamı
ilə yeni çağırışın
deputat seçkiləri 2010-cu ilin noyabrın 7-nə təyin edilmiş və həmin gün Azərbaycan
Respublikasının
Milli Məclisinə
seçkilər
keçirilmişdir.
Azərbaycan
Respublikası
Seçki Məcəlləsinin
171.2-ci maddəsinin
tələblərinə
görə Azərbaycan
Respublikasının
Mərkəzi Seçki Komissiyası
səsvermə
günündən
ən geci 20 gün keçənədək
dairə seçki komissiyalarının
protokollarını
(bu Məcəlləyə
uyğun olaraq onlara əlavə edilən sənədlərlə
birlikdə) yoxlayır, 48 saat müddətində
Konstitusiya
Məhkəməsinə
təqdim edir.
Azərbaycan
Respublikası
Konstitusiyasının
86-cı maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
Azərbaycan
Respublikası
Milli Məclisi deputatlarının
seçkilərinin
nəticələrinin
yoxlanılması
və təsdiq edilməsi
qaydaları
Azərbaycan
Respublikası
Seçki Məcəlləsi
ilə müəyyən edilir («Konstitusiya
Məhkəməsi
haqqında» Azərbaycan
Respublikası
Qanununun 54.1-ci maddəsi). Bu qaydalara
uyğun olaraq Azərbaycan
Respublikasının
Konstitusiya
Məhkəməsi
müvafiq mütəxəssisləri
cəlb etməklə Mərkəzi Seçki Komissiyası
tərəfindən
təqdim olunmuş sənədlərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır (Azərbaycan
Respublikası
Seçki Məcəlləsinin
171.3-cü maddəsi).
Qanunvericiliyin
yuxarıda
göstərilən
tələblərinə
müvafiq olaraq Azərbaycan
Respublikasının
Mərkəzi Seçki Komissiyası
2010-cu il noyabrın 7-də Azərbaycan
Respublikasının
Milli Məclisinə
keçirilmiş
seçkilərin
nəticələrinin
yoxlanılması
və təsdiq edilməsi
məsələsinə
baxılması
üçün səsvermənin
ümumi yekunları
haqqında
Mərkəzi Seçki Komissiyasının
protokolunu,
habelə dairə seçki komissiyalarının
protokollarını
və onlara əlavə edilən sənədləri 22 noyabr 2010-cu il tarixdə Azərbaycan
Respublikasının
Konstitusiya
Məhkəməsinə
təqdim etmişdir.
Azərbaycan
Respublikasının
Konstitusiya
Məhkəməsi
təqdim olunmuş sənədlərin
Azərbaycan
Respublikası
Seçki Məcəlləsinə
uyğunluğunu
yoxlayarkən
aşağıdakıları
müəyyən etmişdir.
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
Azərbaycan
Respublikası
Milli Məclisi deputatlarının
seçkilərinin
nəticələrinə
dair 2010-cu il 22 noyabr tarixli protokoluna
əsasən:
1. Seçici siyahılarına
daxil edilmiş seçicilərin
ümumi sayı – 4 928 594 (dörd milyon doqquz yüz iyirmi səkkiz min beş yüz doxsan dörd);
2. Səsvermədə
iştirak edən seçicilərin
sayı – 2 442 365 (iki milyon dörd yüz qırx iki min üç yüz altmış beş);
3. Dairə seçki komissiyaların
sayı – 125 (bir
yüz iyirmi beş);
4.
Dairə seçki komissiyaları
tərəfindən
təqdim edilmiş protokolların
sayı – 125 (bir yüz iyirmi beş);
5.
Mərkəzi Seçki Komissiyası
protokolunun
tərtib edilməsi
üçün əsas götürülmüş
dairə seçki komissiyaları
protokollarının
sayı – 125 (bir yüz iyirmi beş);
6. Səsvermənin
nəticələri
etibarsız
hesab edilmiş seçki dairələrinin
sayı – 0 (sıfır);
7. Səsvermənin
baş tutmadığı
seçki dairələrinin
sayı – 0 (sıfır);
8. Səsvermənin
nəticələri
etibarsız
hesab edilmiş seçki məntəqələrinin
sayı – 46 (qırx altı) olmuşdur.
Beləliklə, Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
səsvermənin
ümumi yekunları
haqqında
2010-cu il 22 noyabr tarixli protokolundan
göründüyü
kimi səsvermənin
nəticələri
etibarlı
hesab edilmiş bütün 125 seçki dairəsi üzrə deputat seçilmiş
namizədlər
müəyyən olunmuşlar.
Bununla belə, Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
21 noyabr 2010-cu il tarixli 67/685 saylı qərarı ilə 60 saylı Salyan-Neftçala
seçki dairəsi üzrə 6 seçki məntəqəsi; 21 noyabr 2010-cu il tarixli 67/687 saylı
qərarı ilə 63 saylı Sabirabad
birinci seçki dairəsi üzrə 6 seçki məntəqəsi; 20 noyabr 2010-cu il tarixli 66/648 saylı qərarı ilə 9 saylı Binəqədi
ikinci seçki dairəsi üzrə 5 seçki məntəqəsi; 20 noyabr 2010-cu il tarixli 66/645 saylı qərarı ilə 107 saylı Qazax seçki dairəsi üzrə 5 seçki məntəqəsi; 21 noyabr 2010-cu il tarixli 67/684 saylı qərarı ilə 113 saylı Şəki şəhər seçki dairəsi üzrə 5 seçki məntəqəsi; 21 noyabr 2010-cu il tarixli 67/667 saylı qərarı ilə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə 3 seçki məntəqəsi; 20 noyabr 2010-cu il tarixli 66/664 saylı qərarı ilə 57 saylı Kürdəmir
seçki dairəsi üzrə 3 seçki məntəqəsi; 19 noyabr 2010-cu il tarixli 65/628, 65/631,
65/632 saylı; 20 noyabr 2010-cu il tarixli 66/658; 21 noyabr 2010-cu il tarixli 67/673, 67/676,
67/688, 67/689 saylı
qərarları
ilə müvafiq olaraq 85 saylı Şamaxı, 10 saylı Binəqədi
üçüncü, 47 saylı Mingəçevir, 15 saylı Yasamal birinci, 40 saylı Kəpəz ikinci(Gəncə), 31 saylı Suraxanı
ikinci, 26 saylı Sabunçu birinci, 64 saylı Sabirabad
ikinci, 84 saylı Füzuli, 88 saylı Göyçay seçki dairələrinin
hər birində bir seçki məntəqəsi
üzrə səsvermənin
nəticələri
etibarsız
hesab edilmişdir. Üç seçki məntəqəsi
üzrə nəticələr
dairə seçki komissiyaları
tərəfindən
etibarsız
hesab edilmişdir.
Göstərilən
seçki dairələri
üzrə səsvermənin
nəticələri
etibarsız
hesab edilmiş seçki məntəqələrinin
sayı həmin seçki dairəsində
olan seçki məntəqələrinin
ümumi sayının 2/5 hissəsindən
və həmin seçki məntəqələrində
qeydə alınmış seçicilərin
sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin
ümumi sayının 1/4 hissəsindən
az olduğundan
seçki dairələri
üzrə seçkilərin
nəticələri
baş tutmuş hesab edilmişdir.
Azərbaycan
Respublikası
Seçki Məcəlləsinin
100.12-ci maddəsinə
əsasən seçki komissiyalarının
protokolları
seçki komissiyasının
həlledici
səs hüquqlu üzvləri tərəfindən
tərtib edilir və seçki komissiyasının
həlledici
səs hüquqlu üzvlərinin
ümumi sayının ən azı 2/3-si tərəfindən
imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə
görə isə Mərkəzi Seçki Komissiyasının
qərarları
açıq səsvermə
yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə – azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.
Azərbaycan
Respublikasının
Konstitusiya
Məhkəməsinə
təqdim edilmiş səsvermənin
ümumi yekunlarına
dair Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
2010-cu il 22 noyabr tarixli protokolundan
və protokolun
təsdiq olunmasına
dair Mərkəzi Seçki Komissiyasının
2010-cu il 22 noyabr tarixli qərarından
göründüyü
kimi, bu sənədləri
Mərkəzi Seçki Komissiyasının
18 həlledici səs hüquqlu üzvlərindən 17-si imzalamışdır.
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
materialları
Konstitusiya
Məhkəməsinə
daxil olduqdan
sonra məhkəmə Azərbaycan
Respublikası
Seçki Məcəlləsinin
171.3-cü maddəsinin
tələblərinə
əsasən Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyası
tərəfindən
təqdim edilmiş sənədlərin
yoxlanılması
üçün ekspert və müvafiq mütəxəssisləri
cəlb etmiş, «Konstitusiya
Məhkəməsi
haqqında» Azərbaycan
Respublikası
Qanununun 54.4-cü maddəsinə
uyğun olaraq Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Apellyasiya
Məhkəmələrindən,
Naxçıvan
Muxtar Respublikasının
Ali Məhkəməsindən,
Azərbaycan
Respublikası
Ali Məhkəməsindən
və Azərbaycan
Respublikası
Prokurorluğundan
seçki hüquqlarının
müdafiəsi
və seçki qanunvericiliyinin
pozulması
ilə əlaqədar
baxılmış
şikayət və ərizələr
haqqında
məlumatları
tələb etmişdir.
Ekspertlər
E.Nəsirov və M.İsmayılovun
rəyinə görə Azərbaycan
Respublikası
Milli Məclisi deputatlarının
seçkilərinin
nəticələrinə
dair Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
2010-cu il 22 noyabr tarixli protokolu və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 171.2-ci
maddələrinin
tələblərinə
uyğundur.
Mütəxəssis
U.Həmidova
və G.Əhmədovanın
arayışından
göründüyü
kimi, Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
Azərbaycan
Respublikası
Milli Məclisi deputatlarının
seçkilərinin
nəticələrinə
dair 2010-cu
il 22 noyabr tarixli protokolu
və ona əlavə edilmiş 125 dairə seçki komissiyalarının
protokolları
Azərbaycan
Respublikası
Seçki Məcəlləsinin
100.2 və 108.2-ci maddələrinə
uyğun tərtib edilmiş, həmin sənədlərdə
hər hansı düzəlişlərin
aparılması
müəyyən olunmamışdır.
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsinin
sorğularına
cavab olaraq Sumqayıt, Gəncə, Şirvan, Şəki Apellyasiya
Məhkəmələri
və Naxçıvan
Muxtar Respublikasının
Ali Məhkəməsi
bildirmişlər
ki, 2010-cu il noyabrın
7-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələri ilə əlaqədar həmin məhkəmələrə şikayətlər daxil olmamışdır.
Bakı şəhər Apellyasiya
Məhkəməsinin
25 noyabr 2010-cu il tarixli 5D-164/10 saylı və 27 noyabr 2010-cu il tarixli 5D-169/10 saylı məktublarından
göründüyü
kimi, dördüncü
çağırış Milli Məclisi deputatlarının
seçkiləri
ilə bağlı 178, o cümlədən
seçkilərin
nəticələri
ilə əlaqədar
76 ərizə və şikayət daxil olmuşdur. Seçkilərin
nəticələri
ilə əlaqədar
daxil olmuş şikayətlərdən
2-si geri qaytarılmış,
74-ü rədd olunmuşdur.
Azərbaycan
Respublikası
Ali Məhkəməsi 25 və 26 noyabr 2010-cu il tarixli məktubları
ilə bildirmişdir
ki, kassasiya
qaydasında
Azərbaycan
Respublikasının
Milli Məclisinə
seçkilərlə
bağlı 70 iş daxil olmuşdur. Bunlardan 66 iş namizədliyin
qeydə alınmaması, 4 iş isə seçkilərin
nəticələri
ilə əlaqədar
olmuşdur. Seçkilərin
nəticələrinə
dair kassasiya
şikayətləri
təmin olunmamışdır.
Azərbaycan
Respublikasının
Prokurorluğu
Azərbaycan
Respublikasının
Konstitusiya
Məhkəməsinə
ünvanladığı
25 noyabr 2010-cu il tarixli məktubunda
göstərmişdir
ki, Azərbaycan
Respublikasının
Milli Məclisinə
keçirilmiş
seçkilərlə
əlaqədar
qanun pozuntularına
yol verilməsi
ilə bağlı Baş Prokurorluğa
89 müraciət
daxil olmuşdur.
Həmin müraciətlərin
araşdırılması
nəticəsində
89 saylı Göyçay-Ağdaş seçki dairəsindən
namizədliyi
qeydə alınmış şəxs tərəfindən
məntəqə seçki komissiyalarının
işinə müdaxilə
edilməsi, səsvermənin
gedişinə
maneəçilik
törədilməsi,
seçki bülletenlərinin
zor tətbiq edilməklə
götürülməsi
ilə bağlı bir cinayət işi başlanılmış,
qalan müraciətlər
üzrə müvafiq qərarlar
qəbul olunmuşdur.
Yuxarıda
göstərilənləri
nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin
Plenumu belə nəticəyə
qəlir ki, 2010-cu il noyabrın 7-də keçirilmiş
Azərbaycan
Respublikası
Milli Məclisi deputatlarının
seçkilərinin
nəticələrinə
dair Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
2010-cu il 22 noyabr tarixli protokolu
və ona əlavə olunmuş sənədlər
Azərbaycan
Respublikası
Seçki Məcəlləsinin
100.2, 100.12, 108.2 və 171.2-ci
maddələrinin
tələblərinə
uyğun olduğundan, seçkilərin
nəticələri
təsdiq edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. 2010-cu il noyabrın 7-də keçirilmiş
Azərbaycan
Respublikası
Milli Məclisi deputatlarının
seçkilərinin
nəticələrinə
dair Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
2010-cu il 22 noyabr tarixli protokolu
Azərbaycan
Respublikası
Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 171.2-ci maddələrinin
tələblərinə
uyğun hesab edilsin.
2.
Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 2010-cu il noyabrın 7-də keçirilmiş
1 saylı Şərur-Sədərək,
2 saylı Şərur,
3 saylı Babək-Kəngərli-Naxçıvan,
4 saylı Naxçıvan şəhər,
5 saylı Şahbuz-Babək,
6 saylı Culfa-Babək,
7 saylı Ordubad-Culfa,
8 saylı Binəqədi birinci,
9 saylı Binəqədi ikinci,
10 saylı Binəqədi üçüncü,
11 saylı Qaradağ,
12 saylı Qaradağ-Binəqədi-Yasamal,
13 saylı Xəzər birinci,
14 saylı Xəzər ikinci,
15 saylı Yasamal birinci,
16 saylı Yasamal ikinci,
17 saylı Yasamal üçüncü,
18 saylı Nərimanov-Nizami,
19 saylı Nərimanov birinci,
20 saylı Nərimanov ikinci,
21 saylı Nəsimi birinci,
22 saylı Nəsimi ikinci,
23 saylı Nəsimi-Səbail,
24 saylı Nizami birinci,
25 saylı Nizami ikinci,
26 saylı Sabunçu birinci,
27 saylı Sabunçu ikinci,
28 saylı Sabunçu üçüncü,
29 saylı Səbail,
30 saylı Suraxanı birinci,
31 saylı Suraxanı ikinci,
32 saylı Suraxanı üçüncü,
33 saylı Xətai birinci,
34 saylı Xətai ikinci,
35 saylı Xətai üçüncü,
36 saylı Xətai dördüncü,
37 saylı Nizami birinci (Gəncə),
38 saylı Nizami ikinci (Gəncə),
39 saylı Kəpəz birinci (Gəncə),
40 saylı Kəpəz ikinci (Gəncə),
41 saylı Sumqayıt birinci,
42 saylı Sumqayıt ikinci,
43 saylı Sumqayıt üçüncü,
44 saylı Sumqayıt-Abşeron,
45 saylı Abşeron,
46 saylı Şirvan,
47 saylı Mingəçevir,
48 saylı Yevlax,
49 saylı Yevlax-Mingəçevir,
50 saylı Qobustan-Xızı-Sumqayıt,
51 saylı Qusar,
52 saylı Quba,
53 saylı Quba-Qusar,
54 saylı Şabran-Siyəzən,
55 saylı Xaçmaz şəhər,
56 saylı Xaçmaz kənd,
57 saylı Kürdəmir,
58 saylı Hacıqabul-Kürdəmir,
59 saylı Salyan,
60 saylı Salyan-Neftçala,
61 saylı Neftçala,
62 saylı Saatlı,
63 saylı Sabirabad birinci,
64 saylı Sabirabad ikinci,
65 saylı Saatlı-Sabirabad-Kürdəmir,
66 saylı Biləsuvar,
67 saylı Cəlilabad şəhər,
68 saylı Cəlilabad kənd,
69 saylı Cəlilabad-Masallı-Biləsuvar,
70 saylı Masallı şəhər,
71 saylı Masallı kənd,
72 saylı Yardımlı-Masallı,
73 saylı Lənkəran şəhər,
74 saylı Lənkəran kənd,
75 saylı Lənkəran-Masallı,
76 saylı Lənkəran-Astara,
77 saylı Astara,
78 saylı Lerik,
79 saylı İmişli,
80 saylı İmişli-Beyləqan,
81 saylı Beyləqan,
82 saylı Ağcabədi,
83 saylı Ağcabədi-Füzuli,
84 saylı Füzuli,
85 saylı Şamaxı,
86 saylı İsmayıllı,
87 saylı Ağsu-İsmayıllı,
88 saylı Göyçay,
89 saylı Göyçay-Ağdaş,
90 saylı Ağdaş,
91 saylı Ucar,
92 saylı Zərdab-Ucar,
93 saylı Bərdə şəhər,
94 saylı Bərdə kənd,
95 saylı Tərtər,
96 saylı Goranboy-Naftalan,
97 saylı Goranboy-Ağdam-Tərtər,
98 saylı Şəmkir şəhər,
99 saylı Şəmkir kənd,
100 saylı Şəmkir-Daşkəsən,
101 saylı Göygöl-Daşkəsən,
102 saylı Samux-Şəmkir,
103 saylı Gədəbəy,
104 saylı Gədəbəy-Tovuz,
105 saylı Tovuz,
106 saylı Tovuz-Qazax-Ağstafa,
107 saylı Qazax,
108 saylı Ağstafa,
109 saylı Balakən,
110 saylı Zaqatala,
111 saylı Zaqatala-Balakən,
112 saylı Qax,
113 saylı Şəki şəhər,
114 saylı Şəki kənd birinci,
115 saylı Şəki kənd ikinci,
116 saylı Qəbələ,
117 saylı Oğuz-Qəbələ,
118 saylı Ağdam şəhər,
119 saylı Ağdam kənd,
120 saylı Cəbrayıl-Qubadlı,
121 saylı Laçın,
122 saylı Xankəndi,
123 saylı Kəlbəcər,
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd,
125 saylı Zəngilan-Qubadlı
seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilsin.
3. Qərar elan olunduğu andan qüvvəyə minir.
4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti»,
«Bakinski raboçi»
qəzetlərində və
«Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı»nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.