AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
QƏRARI
Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər üzrə
48 saylı Ağdam
kənd seçki
dairəsində 1998-ci il avqustun 9-da keçirilmiş
təkrar seçkilərin nəticələrinin
yoxlanılması və təsdiqi
haqqında
19 avqust 1998-ci il Bakı şəhəri
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova, Ə.Sultanovun, həmçinin
dəvət olunmuş Mərkəzi
Seçki Komissiyasının sədri C.Vəlyevin, MSK-nın üzvləri, N.Səfərovun, S.Kərimovun, K.Şəfiyevin, Ə.Seyidovun iştirakı ilə 9 avqust 1998-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 48 saylı Ağdam
kənd seçki dairəsində keçirilmiş təkrar seçkilərin nəticələri haqqında MSK-nın 12 avqust 1998-ci
il tarixli 85 saylı protokolundan çıxarış barədə 85/320 N-li qərarına baxdı.
Sənəddə Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası 48 saylı Ağdam kənd seçki
dairəsində 1998-ci
il avqustun 9-da keçirilmiş təkrar seçkilərin nəticələri öz əksini tapmışdır.
Təqdim
olunmuş sənəddən müəyyən edilmişdir ki, seçki dairəsinin 59 seçki məntəqəsində seçici
siyahılarına daxil edilmiş 46 312 seçicinin 34 826 nəfəri, yaxud 75 faizi səsvermədə iştirak etmişdir. Onlardan 17 300 nəfəri
və ya seçicilərin 49,7 faizi seçki dairəsi üzrə Azərbaycan
Respublikası Milli Məclisinin deputatlığına namizəd Əhmədov Yaqub Alış oğlunun lehinə səs vermişdir. Bu isə "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
haqqında" Qanunun 74-cü maddəsinin tələblərinə uyğundur. Təqdim olunmuş sənədlərdən
görunur ki, Mərkəzi Seçki Komissiyası tərəfindən "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
haqqında" Qanunun 78-ci maddəsinin tələblərinə riayət
edilmişdir.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini
və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 72-ci
maddəsinin 3-cü hissəsini
rəhbər tutaraq
QƏRARA ALIR:
"Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər haqqında" Azərbaycan Respublikası Qanununun 80-ci maddəsinə
müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 48 saylı
Ağdam kənd seçki dairəsində 9 avqust 1998-ci il tarixdə keçirilmiş təkrar
seçkilərin nəticələri bütövlükdə təsdiq edilsin.