17-03-2020 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində tətbiq ediləcək müvəqqəti iş rejimi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatı

Xəbərlər

2020 Mar

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyyələrini nəzərə alaraq Konstitusiya Məhkəməsində aşağıdakı iş qaydaları müvəqqəti tətbiq ediləcək:

1. Konstitusiya Məhkəməsinin Plenumlarının iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək;

2. Vətəndaşların (şəxslərin) qəbulu müvəqqəti olaraq dayandırılır;

3. Vətəndaşlar (şəxslər)  www.constcourt.gov.az  Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsinə daxil olaraq onlayn şəkildə Məhkəməyə müraciət edə, həmçinin ərizə və şikayətləri elektron poçt (contact@constcourt.gov.az) və yaxud poçt vasitəsilə göndərə bilərlər. 

Əlaqə üçün telefon nömrələri: (012) 492 91 03, (012) 492 79 61 (Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsi)