27-12-2019 Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Xəbərlər

2019 Dec

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası  keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Q.Məmmədovun məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci ilin yanvar ayının 24-nə təyin edilmiş iclasında baxılacaq.