21-11-2019 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Xəbərlər

2019 Nov

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinin şərh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 11-nə təyin edilmiş iclasında baxılacaq.