2019-10-25 Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Xəbərlər

2019 Oct

25 oktyabr 2019 il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş S.Fərəcovun məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun noyabr ayının 20-nə təyin edilmiş iclasında baxılacaq.