Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Xəbərlər

2021 Feb

16.02.2021

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası  keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş B.Qasımovun məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun mart ayının 4-nə təyin edilmiş iclasında baxılacaq.