Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Xəbərlər

2021 Feb

09.02.2021

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin  VI hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci  maddəsinin  şərh edilməsinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevral ayının 24-nə təyin edilmiş iclasında baxılacaq.