Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Xəbərlər

2021 Jan

11.01.2021

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası  keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən,  “Azimport” MMC-nin məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun fevral ayının 5-nə təyin edilmiş iclasında baxılacaq.