ANA SƏHİFƏ » Xəbərlər

&
  2011-ci il 21 iyun tarixində Avropa hüquqşünas tələbələr Asossiasiyasının (ELSA) Azərbaycandakı nümayəndələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri ilə görüş keçirmişlər. Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev İnsan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının (Avropa Konvensiyası) mövcud mexanizmi, inkişafı, müasir tendensiyaları haqqında məlumat verərək qeyd etmişdir ki, Avropa Konvensiyası ilə qorunan hüquqlara müdaxilə yolverilməzdir və hər bir üzv dövlət bununla bağlı öhdəlik daşıyır. Bu h&...
Mayın 19-dan 24-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsi sədrinin dəvəti ilə “Asiyada Konstitusiya Ədalət Mühakiməsi” mövzusunda keçirilmiş beynəlxalq məhkəmə konqresində iştirak etmişdir. Tədbirdə demokratiya və konstitusiya ədalət mühakiməsi, Konstitusiya məhkəmələrində icraat növləri, Ombudsman təsisatı ilə Konstitusiya məhkəmələri arasında əlaqələr, hakimlərin müstəqilliyi kimi mövzularla bağlı məruzələr təqdim edilmişdir. Səfər çərçivəsində Koreya...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədri Kanq-Kuk Linin dəvəti ilə mayın 19-dan 24-dək Seul şəhərində rəsmi səfərdə olacaqdır. Səfərin əsas məqsədi Asiya Konstitusiya Məhkəmələrinin beynəlxalq Məhkəmə Konqresində iştirak etməkdir. Səfər çərçivəsində, həmçinin Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə məhkəmə-hüquq əməkdaşlığının perspektivləri barədə müzakirələrin aparılması nəzərdə tutulmuşdur.    
Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş “Azərbaycanın 101-ci şansı” adlı sənədli filmi izləmişlər. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik və Azərbaycan dövlətçiliyinin üzləşdiyi digər faciəvi hadisələri xatırlatmışdır. Qeyd edilmişdir ki, belə bir mə...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 50 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək məqsədilə aprelin 24-dən 27-dək Ankarada səfərdə olmuşdur.  Yubiley tədbirlərində 60-a yaxın ölkənin Konstitusiya məhkəmələrinin sədr və hakimləri iştirak etmişlər. Təntənəli mərasimdə Türkiyə Anayasa Məhkəməsinin yeni hakimləri and içmişlər.  Tədbirdə Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, parlamentin sədri Cəmil Çi&cce...
Aprelin 4-də Konstitusiya Məhkəməsində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqlara rəhbərlik etdiyi qurum haqqında məlumat verərək demişdir ki, Müstəqil Azərbaycanın ilk Konstitusiyası ümummilli lider  Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Konstitusiya Məhkəməsi isə 1998-ci ildə yaradılmışdır. Gənc təsisat olmasına baxmayaraq, Azərbaycanın Konstitusiya Məhkəməsi beynəlxalq təc...
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək Azərbaycanın ən yaxın tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışmışdır. Vurğulanmışdır ki, erməni hərbçilərinin Xocalıda törətdikləri vəhşiliklər və qanlı qırğın beynəlxalq konvensiyalarda qəbul olunmuş soyqırımı cinayətlərinə tam uyğundur. Bir gecədə Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli qırğın nəticəsində 613 nəfər...
2012-ci il yanvarın 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin dəvətinə əsasən yüksək məhkəmə orqanlarının sədr və hakimlərinin iştirakı ilə Fransanın Strasburq şəhərində keçirilmiş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının tətbiqi işində milli məhkəmələrin fəallığının artırılmasının təmin edilməsi mövzusunda seminarda iştirak etmişdir. Tədbirdə Avropa dövlətlərinin məhkəmələri tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası mü...
Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndərin zəngin həyat yolu və fəaliyyətindən danışmışdır. Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir, - deyən Konstitusiya Məhkəməsinin sədri bildirmişdir ki, Azərbaycanın 1969-cu ildən etibarən 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində gənc müstəqil dövlətimizin əldə etdiyi nailiyyətlər görkəmli dövlət...
Noyabr ayının 12-də Gəncə Dövlət Universitetinin binasında  Konstitusiya günü və keçirilmiş olimpiadanın nəticələrinin açıqlanması ilə əlaqədar böyük tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən hakim Kamran Şəfiyev və hakim Ceyhun Qaracayev, Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məsul əməkdaşları iştirak etmişlər. Tədbirdə çıxış edənlər müstəqil Azərbaycanın demokratik dəyərlərə əsaslanan və demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan Əsas Qanunun qəbulunun növbəti il dönümünün böyük ruh yüksəkli...
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək, iştirakçıları Konstitusiya Günü münasibətilə təbrik etmiş, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan Konstitusiyanın qəbulunun növbəti ildönümünün respublikamızda böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu bildirmişdir. Fərhad Abdullayev demişdir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaq...
  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 11-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.  
  Noyabrın 2-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Türkiyə Respublikasının ədliyyə naziri Sadullah Erginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqları salamlayaraq, Vanda baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı qardaş Türkiyə xalqına başsağlığını çatdırmışdır. F.Abdullayev bu ağır gündə Azərbaycanın Türkiyəyə yardım etməsini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəm təməllərə əsaslan...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkinin dəvəti ilə Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Moskva və Sankt-Peterburq şəhərlərində səfərdə olmuşdur. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev konfransı açaraq Konstitusiya Məhkəməsinin müasir cəmiyyətdəki rolundan, dövlətçiliyin inkişafına töhfəsindən bəhs etmiş, xarici ölkələrin konstitusiya məhkəmələri aras...
  Azərbaycanda səfərdə olan İndoneziya Respublikasının Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfudun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 20-də Konstitusiya Məhkəməsində olmuşdur. Görüşdə qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakıya səfərə gəldiklərinə görə nümayəndə heyətinin rəhbəri, professor M.Mahfuda təşəkkürünü bildirmişdir.  Səfərin müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirl...
Müasir dövrdə dünyanın sivil cəmiyyətləri qarşısında duran mühüm vəzifələrdən biri demokratik dəyərlərə əsaslanan, insan və vətəndaş hüquqlarını və əsas azadlıqlarını təmin edən hüquqi dövlət quruculuğudur. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qarşısında hüquqi dövlətin prinsiplərinin reallaşdırılması üçün zəruri tədbirləri həyata keçirmək vəzifəsi dururdu. Lakin ölkədə siyasi sabitliyin və xalqın mənafelərini əks etdirən siyasi iradənin olmaması bu vəzifənin reallaşdırılmasını qeyri-mümkün edirdi. Məlum olduğu k...
  Sentyabrın 29-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İndoneziyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Aqus Trimartono ilə görüşmüşdür. Görüşdə A.Trimartono İndoneziya Konstitusiya Məhkəməsinin sədri Mohammad Mahfudun və onun müavini xanım Maria Farida İndratinin oktyabrın 19-21-də Bakıya rəsmi səfər edəcəyi barədə məlumat vermişdir.  F.Abdullayev indoneziyalı həmkarlarının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü...
Sentyabrın 16-da Ukrayna paytaxtında bu ölkənin Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində "İnsan hüquqlarının konstitusiya ədliyyə orqanları tərəfindən müdafiəsi: fərdi müraciət imkanları və problemlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbir Avropa Şurasının Venetsiya Komissiyası və Alman Beynəlxalq Hüquqi Əməkdaşlıq Fondu tərəfindən birgə təşkil edilmişdir. Bu nüfuzlu forumda  Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev  iştirak etmişdir. Ukrayna Konstitusiya Məhkəməsinin sədri Anatoli Qolovin tədbiri açara...
2011-ci ilin 29-30 iyul tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanova Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunmuş “Konstitusiya nəzarətinin müasir və klassik tendesiyaları mövzusunda Sofiya şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişdir. Konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanova “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ümumi yurisdiksiyaları məhkəmələri arasında əlaqələrin müasir tendensiyaları” mövzus...
&
“...Konstitusiya Məhkəməsi ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, qəbul etdiyi qərarlarla hər kəsin Azərbaycan Konstitusiyasına, qanunlarına hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə, demokratiyanın və hüquqi mədəniyyətin inkişafına, konstitusionalizm ideyalarının həyata keçirilməsinə dəyərli töhfəsini vermişdir”. Ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin yaradılmasının beşinci ildönümü münasibətilə təbrik məktubundan. Müasir dövrdə dü...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15