ANA SƏHİFƏ » Xəbərlər

Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. Bu fikir ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin rəhbərlik etdiyi və tərkibinə Türkiyə Ali Məhkəməsinin baş prokuroru Mehmet Akarcanın, Türkiyə Ədliyyə Akademiyasının rektoru Yılmaz Akçilin də daxil olduğu nümayəndə heyəti ilə aprelin 19-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində keçirilən görüşdə səslənib...
Azərbaycanda işgüzar səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak aprelin 7-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ilə görüşüb. F.Abdullayev ölkəmizdə Konstitusiya Məhkəməsinin tarixi və fəaliyyəti, konstitusiya ədalət mühakiməsinin inkişafı barədə məlumat verib. Vurğulanıb ki, həyata keçirilmiş məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycanda şəffaf şəkildə fəaliyyət göstərən müstəqil məhkəmə sistemi yaradılıb. Bu prosesdə beynəlxalq təcrübəyə xüsusi diqqət yetirilir. Azərbaycanın son illərdə dinamik inkişaf etdiyini bildir...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası 2016-cı il fevralın 17-də Xətai Rayon Məhkəməsinin müraciətinə dair Qərardad qəbul edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç”, 72-ci və 79-cu maddələrində təsbit edilmiş normalar arasında güman edilən ziddiyyətlərə aydınlıq gətirib. Qərardadda qeyd edilib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kob...
Fevralın 24-də Konstitusiya Məhkəməsində Azərbaycanın ən yaxın tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilən anma mərasimi keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimi açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ötən 24 il ərzində xalqımızın bu faciəni böyük kədər hissi ilə andığını qeyd edib və Xocalıda baş verən dəhşətlərin bütün dünyaya çatdırılması istiqamətində görülən işlərdən söz açıb. Hər il fevralın 26-sının Xocalı Soyqırımı Günü...
Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Biz, eyni zamanda, Xocalı soyqırımına iki fərqli yanaşmanın və münasibətin şahidləriyik. Bu barədə söhbətə keçməzdən əvvəl Azərbaycan tarixinin 24 il əvvəl yaşanmış qanlı səhifəsinə bir daha nəzər yetirməyi lazım bilirik.   1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla ...
Əhalinin müasir mənzil təminatı və kommunal xidmət sahəsində aparılan geniş miqyaslı islahatları nəzərə alaraq, mənzil sahibləri ilə çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların (şirkətlər) fəaliyyəti ilə bağlı yaranan mübahisələrə dair, vətəndaşların məhkəmələrə şikayətlə müraciət etmə halları artmışdır. Bu günlərdə vətəndaş Valentina Ələsgərovanın şikayəti ilə bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı qüvvəyə minmişdir.  Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarla razı olmayan ərizəçinin qənaətinə görə, ç...
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar yanvarın 15-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində anım mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 20 Yanvar faciəsinin müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə mühüm təsir göstərib. Bildirilib ki, XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların,...
Dekabrın 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Türkiyə Respublikası Yüksək Yurisdiksiya Məhkəməsi arasında əməkdaşlıq niyyətləri haqqında Protokol imzalanıb. Protokolu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Türkiyə Respublikasının Yüksək Yurisdiksiya Məhkəməsinin sədri Sərdar Özgüldür imzalayıblar. Mərasimdə çıxış edən Fərhad Abdullayev bu sənədin imzalanmasının ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin “bir millət, iki döv...
1-2 dekabr tarixlərində Bakı Dövlət Universitetində (BDU) “Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20-ci, BMT-nin və UNESCO-nun yaradılmasının 70-ci, Avropa Konvensiyasının qəbulunun 65-ci ildönümünə həsr olunub. Müvafiq qurumların nümayəndələrinin, Azərbaycan, Almaniya, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri konfransda BDU-nun r...
Noyabrın 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxıb. İclasa sədrlik edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının 86–cı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı qaydasında Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan etdi. Məruzəçi hakim Kamran Şəfiyev çıxış ed...
2015-ci il noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası 2015-ci il noyabrın 24-də saat 09:30-da Konstitusiya Məhkəməsinin binasında keçiriləcək.  
  “Konstitusiyanın qüvvədə olduğu 20 illik dövr ərzində onun müddəalarının həyata keçirilməsində böyük təcrübə toplanmış, bu sənəddə əks olunmuş konsepsiyalar inkişaf etdirilərək güclü sosial dövlətin, yüksəkrəqabətli iqtisadiyyatın qurulmasına, insan hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin tətbiqinə təkan verən çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir… Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqını...
Oktyabrın 28-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb. Görüşdə qonağı salamlayan Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu günə kimi Konstitusiya Məhkəməsi Plenumu tərəfindən 312 qərar qəbul edilib. Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi yarandığı ilk günlərdən başlayaraq beynəlxalq əməkdaşlığa böyük diqqət yetirir, bir çox ölkələrin Konstitusiya məhkəmələrinin, İnsan Hü...
Hörmətli konfrans iştirakçıları! Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda sizi salamlayır və işinizdə uğurlar arzulayıram. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Konstitusiyanın qüvvədə olduğu 20 illik dövr ərzində onun müddəalarının həyata keçirilməsində böyük təcrübə topla...
Təxminən bir aydan sonra Azərbaycanın Konstitusiyasının 20 ili tamam olur. Bu, Azərbaycanın müstəqilliyinin tarixində çox önəmli hadisədir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. Fərhad Abdullayev qeyd edib ki, 20 il əvvəl müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Konstitusiya komissiyası yaradıldı və çox nüfuzlu şəxslərin, alimlərin, mütəxəssislərin hər birinin rəyləri nəzərə alınmaqla hazırkı Konstitusiya qəbul olundu. Azərbaycan Konstitusiyası Avrop...
Oktyabrın 2-də Bakıda xarici dövlətlərin məhkəmə sistemləri nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr edilmiş “Fərdi şikayətlər vasitəsilə insan hüquqları və azadlıqlarının Konstitusiya Məhkəməsi tərəfindən müdafiəsi” mövzusunda konfrans keçirilib. Konfransda Belarus Respublikası Konstitusiya Məhkəməsinin hakimi Tadeuş Voronoviçin “İnsan və vətəndaş hüquqları və azadlıqlarının Belarus Respublikası Konstitusiya Məhkəməsi tərəfindən müdafiəsi“ mövzusunda məruzəsi dinlənilib. Hakim T.Voronoviç AZƏRTAC-a məxs...
Konstitusiyanın 20 illiyi hər bir ölkənin həyatında mühüm hadisədir. Bu heç də az olmayan müddətdə onun dəyişməzliyi ölkənin sabitliyini, çiçəklənməsini göstərir. Bu sözləri Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədr müavini Sergey Mavrin AZƏRTAC-a müsahibəsində deyib. O, Azərbaycan Respublikası Konstitusiyasının 20-ci ildönümünə həsr olunan konfransda iştirak edir. “Arzu edirəm ki, ölkənin inkişaf trendi qorunub saxlansın, hüquq sistemi möhkəmlənsin, qanunun aliliyi prinsipi isə həm də Konstitusiya Məhkəməsinin iştirakı ilə həy...
Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edən Gürcüstan Konstitusiya Məhkəməsinin sədri, Avropa Konstitusiya Məhkəmələri Konfransının fəaliyyətdə olan sədri Georgi Papuaşvili  AZƏRTAC-ın müxbirinə müsahibəsində tarix boyu iki ölkə arasında təşəkkül tapan mehriban qonşuluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. O vurğulayıb ki, hər iki dövlətin məhkəmə sistemləri, o cümlədən əsas konstitusiya prinsiplərinin icrasında mühüm rol oynayan konstitusiya məhkəmələri nümayəndələrinin qarşılıqlı fəaliyyəti ya...
“Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən insan hüquqlarının və azadlıqlarının müdafiəsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda dünyanın bir çox ölkələrindən nümayəndələrin iştirakı tədbirin möhtəşəmliyindən xəbər verir. Uzun zamandır əməkdaşlıq etdiyimiz Azərbaycan dövlət orqanlarının, xüsusilə ədliyyə və daxili işlər nazirlərinin konfransda iştirakından çox məmnun oldum. Bu sözləri konfrans iştirakçısı, Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio AZƏRTAC-a müsahibəsində bildirib. Konstitusi...
Oktyabrın 2-də Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr olunmuş “Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən insan hüquqlarının və azadlıqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Avropa Şurasının Venesiya Komissiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə təşkil olunub. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransı açıq elan etdikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib. Sonra Azərbaycan Respublikası Konstitusiyasının 20 illik y...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15