ANA SƏHİFƏ » Xəbərlər

Fevralın 26-da Konstitusiya Məhkəməsinin Sədri, hakimləri və Aparatın əməkdaşları Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümümxalq yürüşdə iştirak ediblər. Yürüşdən sonra Konstitusiya Məhkəməsində bəşəriyyət tarixində ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi ilə bağlı tədbir keçirilib. İlk öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev qeyd etmişdir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbayc...
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib. Iclasda M.Ağayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 16 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qər...
&
  Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib. Iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışının hansı müddəti ehtiva etməsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyi...
Gəncliyin milli ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün olduqca önəmlidir. Müasir cəmiyyətin aparıcı təbəqəsi gənclər olduğundan inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Öz gələcəyini düşünən hər bir cəmiyyət daim gənclərə qayğı göstərir. Bununla da cəmiyyət özünün gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyev demokratik islahatlara və insan hüquqlarının qorunmasına hər zaman önəm veri...
Fevralın 6-da Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclası açan Sədr Fərhad Abdullayev bildirib ki, ötən il daxil olmuş sorğu, müraciət və şikayətlərlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu tərəfindən hüquq münasibətlərinə təsir göstərən və məcburi qüvvəyə malik olan 29 qərar və qərardad, Palataları tərəfindən isə 493 qərardad qəbul edilmişdir. Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə 2018-ci ilə dair 4 sorğu, 10 müraciə...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Quido Raimondinin dəvəti ilə yanvarın 23-dən 26-dək “Məhkəmə hakimiyyətinə etimadın gücləndirilməsi” mövzusunda keçirilmiş beynəlxalq məhkəmə-hüquq seminarında, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2019-cu il məhkəmə ilinin açılışına həsr edilmiş rəsmi tədbirlərdə iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdə olub. Tədbirdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə...
Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda, qürur doğuran səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür. Hər il olduğu kimi, bu il də 20 Yanvar şəhidlərinin əziz xatirəsi Konstitusiya Məhkəməsi tərəfindən ehtiramla yad edilib. Anım mərasimində Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları iştirak ediblər. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı k...
Dekabr ayının 13-dən 17-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini Sona Salmanova Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin təşkil etdiyi “Qanunun aliliyinin və əsas hüquqlarının qorunması sahəsində yüksək məhkəmə orqanlarının rolu” mövzusunda keçirilən Beynəlxalq Konfransda iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərində səfərdə olmuşdur. Dekabr ayının 14-də İslam Əməkdaşlıq Təşkilatına üzv/müşahidəçi dövlətlərin bir sıra Konstitusiya və Ali Məhkəmələri nümayəndələrinin iştirakı ilə keçirilmiş Beyn...
F.S.Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Fərhad Sahib oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 dekabr 2018-ci il.
Hər il noyabrın 12-si Azərbaycanda dövlət bayramı olan Konstitusiya Günü qeyd edilir. Noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi Əsas Qanunun qəbul edilməsinin 23 illiyi münasibətilə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri və əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül-ç...
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ali və orta məktəblərinin tələbələri və yuxarı sinif şagirdləri arasında keçirilən, 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” mövzusunda hüquq olimpiadasına yekun vurulub. Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları, rayon rəhbərliyi, ali və orta təhsil müəssisələrinin müəllim, tələbə və şagird kollektivləri iştirak ed...
Məlum olduğu kimi, 2018-ci ilin may ayında Bakı Apellyasiya Məhkəməsi konkret mülki mübahisəyə əsasən xarici valyutada verilmiş kredit öhdəliyi kontekstində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin rəsmi şəkildə şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Mülki Məcəllənin qeyd olunan maddəsində müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, onun dəyişdirilməsinə və ya ləğv edilm...
&
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş tədbirlər planı çərçivəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Aparatının bir qrup əməkdaşı 12 oktyabr 2018-ci il tarixdə Quba şəhərinə səfər edərək, 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında cinayətkar erməni hərbi dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət etmişdirlər. Səfərin əvvəlində nümayəndə heyətinin &...
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. İclasda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2-ci və 35-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş mate...
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. Iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, Azərbaycan Res...
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müz...
&
  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti avqustun 28-dən 30-dək Qazaxıstan Respublikasının Konstitusiya Gününə həsr edilmiş “Konstitusiya: qanunun aliliyi, vətəndaş cəmiyyəti və müasir dövlət dəyərlərinin təcəssümü” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri Kayrat Maminin dəvəti ilə Astana şəhərində səfərdə olub Tədbirin əvvəlində Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin konfrans iştirak&...
“Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi səmərəli fəaliyyəti ilə Azərbaycan Respublikasının hüquq sisteminin sabitliyinin təmin edilməsində, onun davamlı inkişafında, milli qanunvericiliyimizin müasir dünya hüquq sisteminə inteqrasiyasında, cəmiyyətdə hüquq mədəniyyətinin daha da yüksəldilməsində əhəmiyyətli rol oynamış, insan hüquqlarının etibarlı təminatçısına çevrilmişdir. Əminəm ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Ko...
İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 ili tamam olur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də fəaliyyətə başlayıb.  Yubiley münasibətilə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev başda olmaqla, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları iyulun 13-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. G&...
İyulun 6-da Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Avropa Şurasının Venesiya Komissiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən birgə təşkil olunan konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Konfransı açıq ...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18