ANA SƏHİFƏ » Xəbərlər

Noyabrın 19-20 tarixlərində Tbilisi şəhərində Avropa Şurasının təşkilatçılığı ilə “Cənubi Qafqazda qanunun aliliyi və ədalət məhkəməsi-hüquqşünas peşəsinin nailiyyətləri və çətinlikləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Həmin Konfransda Konstitusiya Məhkəməsini İnsan hüquqları və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Müsəddiq Məmmədov və Beynəlxalq hüquq şöbəsinin müdiri Anar Hacızadə təmsil etmişdirlər. Bu tədbirdə Cənubi Qafqaz ölkələrinin ədliyyə, məhkəmə, Ombudsman, vəkillər və insan hüquqlarıının müdafiəsi sahəsdindfə ixtisasl...
    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 12-də Konstitusiya günü münasibətilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyanın müəllifi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.   Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.  Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev jurnalistlərə müsahibəsində demişdir: “Ulu &...
Noyabrın 12-də Konstitusiya Məhkəməsinin mərkəzi aparatında Konstitusiya gününə və “Hüquqi dövlətin əsasları” mövzusunda keçirilmiş hüquq olimpiadasının qaliblərinin mükafatlandırılmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mərasim iştirakçılarını Konstitusiya günü münasibətilə təbrik etmiş, bildirmişdir ki, bu gün həm də artıq ənənə halı almış hüquq olimpiadasının qalibləri mükafatlandırılacaqlar. Bildirilmişdir ki, hüquq olimpiadası gənclərin Azərbaycan Respublikası Konstitusiy...
X
  XX əsrin sonlarında tarixi əhəmiyyətinə görə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə müqayisə edilə biləcək əlamətdar hadisələrdən biri də ilk milli Konstitusiyanın qəbul olunmasıdır. 1995-ci ildə Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında məsuliyyətini anlayaraq ümumxalq səsverməsi – referendum yolu ilə &...
A
Oktyabrın 22-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilmişdir. İclas dövlətimizin və xalqımızın gələcəyi üçün taleyüklü əhəmiyyətə malik hadisənin – Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunmasına həsr edilmişdi.  Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq bildirdi ki, bu gün xüsusi Konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilmə...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.  Prezident İlham Əliyev ölkəmizdə bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsinin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan qədim diyardı, lakin müstəqil ölkə kimi 17 yaşı var. Bu illər ərzində siyasi sistemin dəyişdirilməsinə, qanunun aliliyinin bərqərar olunmasın...
Q
  Qonağı səmimiyyətlə salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan ilə Türkiyə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin hərtərəfli inkişafının əhəmiyyətini vurğulamış və demişdir ki, Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Fərhad Abdullayev respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu nəticələrini diqqətə çatdıraraq, bu işin Konstitusiya Məhkəməsinin strukturunda və fəaliyyətində də əksini tapdığını söyləmişdir.Azərbaycanın Konstitusiya Məhkəməsi ilə Türkiyənin K...
S
Sentyabrın 17-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçirələcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Fərhad Abdullayev qonaqlara Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.Sədr bildirmişdir ki, Konstitusiya Məhkəməsinin əməkdaşları seçki proseslərində seçkilər başa çatanadək seçici kimi iştirak edirlər....
İyulun 14-də Bakıda «Hyatt Regensy - Naxçıvan» mehmanxanasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 illiyinə həsr olunmuş «Konstitusiya Məhkəməsi qərarlarının icrası konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi prosesinin mühüm mərhələsi kimi» mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Almaniya Texniki Əməkdaşlıq Jəmiyyəti (GTZ) və Avropa Şurası Venesiya Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucus...
Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) və Avropa Şurası Venesiya Komissiyasının təşkilatçılığı ilə 19-20 iyun 2008-ci il tarixində Batumi şəhərində «Cənubi Qafqazda konstitusiya ədalət mühakiməsi və hüquqi dövlət» mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakim Rafael Qvaladze, Aparat rəhbəri Arif Zeynalov və məhkəmənin digər məsul şəxslərindən ibarət nümayəndə heyəti ilə təmsil olunmuşdur. Həmin Konfransda Azərbaycan və Gürcüstan Respublikalarının ...
"2008-ci ilin iyun ayının 2-dən 6-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Litva Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Kestutis Lapinskasın dəvəti ilə Vilnyus şəhərində Avropanın 39 dövlətinin Konstitusiya Məhkəməsinin iştirakı ilə keçirilmiş Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının XIV Konqresində iştirak etmişdir.Konfransın açılışında Litva Respublikasının Prezidenti Valdas Adamkus çıxış etmişdir. O, tədbirdə iştirak edən bütün Avropa ölkələri Konstitusiya Məhkəmələrinin nümayəndə...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Ukrayna Respublikası Konstitusiya Məhkəməsi Sədrinin dəvəti ilə 16 may 2008-ci il tarixdə Kiyev şəhərində Ukrayna Respublikası Konstitusiya Məhkəməsinin keçirdiyi «Konstitusiya Məhkəməsi dövlət hakimiyyət orqanları sistemində» mövzusunda beynəlxalq məhkəmə konfransında iştirak etmişdir.  Konfransı Ukrayna Prezidenti Viktor Yuşenko giriş sözü ilə açaraq, bütün tədbir iştiakçılarına uğurlu iş arzulamışdır. Daha sonra iştirakçı dövlətlərin Konstitusiya Məhkəmələrinin Sədr və hakimləri Konst...
Viruş Limviçayı Bakı şəhərinə rəsmi dəvət etmişdir. 2008-ci ilin 19-21 fevral tarixlərində Tayland Krallığı Ali və Konstitusiya Məhkəmələrinin sədri Viruş Limviçayın dəvəti ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi və hakim Rafael Qvaladze, İşlər İdarəsinin müdiri Akif Hümbətov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Quliyevin daxil olduğu nümayəndə heyəti Banqkok şəhərinə rəsmi səfər etmişdir.Səfər zamanı nümayəndə heyəti Ali və Konstitusiya Məhkəmələrində bir sıra görüşlər keçirmiş, Tayland məhkəmə sistemi ilə tan...
Fevralın 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyənin ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri Hüseyn Avni Qarslıoğlu ilə görüşmüşdür.Azərbaycan ilə Türkiyə arasında tarixən mövcud olan dostluq münasibətlərinin hərtərəfli inkişafının əhəmiyyətini vurğulayan Fərhad Abdullayev qardaş ölkələrimizin əlaqələrinin bütün sahələrdə inkişaf etdirilməsində göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Diplomatik fəaliyyəti dövründə Azə...
  2008-ci il fevralın 1-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının illik fəaliyyəti ilə bağlı hesabatların dinlənməsinə dair iclas keçirilmişdir.İclası giriş sözü ilə açan sədr F.Abdullayev Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar və qərardadlara toxunaraq demişdir ki, Məhkəmə Aparatının əməkdaşları qərar layihələrinin hazırlanmasında hakimlərə hüquqi yardım göstərilməsində fəal olmalıdırlar. Şöbələr tərəfindən təqdim edilmiş hesabatlarda Konstitusiya Məkəməsinə daxil olmuş 1715 şikayətin daxil olduğu diqqətə çatdırılmış, həmin şika...
2008-ci il yanvarın 25-26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2008-ci ildə nəzərdə tutulmuş məhkəmə iclaslarının açılış tədbirlərinə həsr olunmuş «İnsan hüquqları haqqında Avropa Konvensiyası sistemində konsensusun rolu» movzusunda beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün Strasburqda səfərdə olmuşdur. Səfər zamanı F.Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Can-Pol Kosta ilə görüşmüşdür. Beynəlxalq konfransa dəvətə görə təşəkkürü...
5-9 dekabr 2007-ci il tarixlərində Rumıniya Konstitusiya Məhkəməsinin 15-illik yubileyinə həsr olunmuş «Konstitusiya Məhkəmələrinin Rolu. Siyasi-hüquqi həyatın konstusionalizasiyası» mövzusunda keçirilmiş Beynəlxalq Konfransda Konstitusiya Məhkəməsi Aparatının Rəhbəri cənab A. Zeynalov və Beynəlxalq hüquq şöbəsinin böyük mütəxəssisi A. Hüseynzadə iştirak etmişdirlər. Tədbirdə, Avropa ölkələri Konstitusiya Məhkəmələrinin sədrləri və hakimləri ilə yanaşı, Əlcəzair Konstitusiya Şurasının üzvləri, Venesiya Komissiyasının nümayəndələri və Avropa Ədalət Mühakiməsinin ...
Dekabrın 4-6-da Tehranda İslam Konfransı Təşkilatına üzv ölkələrin məhkəmə orqanları rəhbərlərinin iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasını Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Tədbirdə çıxış edən Fərhad Abdullayev əminliklə demişdir ki, aparılan fikir mübadiləsi təşkilata üzv ölkələr və məhkəmə orqanları arasında hüquqi əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir.  Fərhad Abdullayev iclas çərçivəsində İran rəsmləri ilə keçirdiyi görüşlərdə müstəqillik əldə olun...
Azərbaycan ilə İran arasında tarixən mövcud olan dostluq münasibətlərinin hərtərəfli inkişafının əhəmiyyətini vurğulayan Fərhad Abdullayev ölkəmizdə Konstitusiya ədalət mühakiməsinin qanunvericilik aktları barədə qonağa ətraflı məlumat vermişdir. F.Abdullayev bildirmişdir ki, Azərbaycanın Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələrin, həmçinin inkişaf etmiş ölkələrin konstitusiya məhkəmələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Müxtəlif sahələrdə səmərəli əməkdaşlığın ölkələrimizin mənafelərinə xidmət etdiyini bildirən sədr, ikitərəfli münasibətlərin genişlənməsində ...
Noyabrın 12-də Konstitusiya Məhkəməsinin mərkəzi aparatında Konstitusiya Gününə və “Konstitusiya, şəxsiyyət və hüquqi dövlət” mövzusunda keçirilən olimpiadanın qaliblərinin mükafatlandırılmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ şöbəsinin müdiri, olimpiadanın təşkilat komitəsinin sədri Dürdanə Məmmədova olimpiadanın gedişi və keçirilməsi haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqla...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15