ANA SƏHİFƏ » Xəbərlər

  Oktyabrın 28-də Konstitusiya Məhkəməsində ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel ilə görüş keçirilmişdir.  Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. Azərbaycanda 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartl...
  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti cari il oktyabr ayının 14-dən 16-dək Rumıniya Respublikası Konstitusiya Məhkəməsinin sədri İon Vidanın dəvətəi ilə Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatı Sədrlərinin görüşündə iştirak etmək üçün Buxarest şəhərində işgüzar səfərdə olmuşdur. Rumıniya Prezidenti Troyan Besesku tədbiri açaraq qonaqları salamlamış, Avropa Konstitusiya məhkəmələri arasında beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirmişdir. Rumıniya dövlətinin başçısı bu əməkdaşlığın məhkə...
Oktyabrın 7-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Sürətli və hərtərəfli inkişaf dövrünü yaşayan ölkəmizdə digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də məqsədyönlü islahatların aparıldığını vurğulayan sədr Fərhad Abdullayev bildirmişdir ki, Azərbaycanda Konstitusiya Məhkəməsi 1998-ci ildə yaradılmış və fəaliyyətə başladığı ilk gündən beynəlxalq təcrübəyə üstünlü...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin dəvəti ilə Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir. Oktyabrın 6-da qonaqlar və başda sədr Fərhad Abdullayev olmaqla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirmiş, məzarı önünə əklil qoymuşlar.  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliye...
A
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.   Dövlətimizin başçısı Azərbaycan ilə Slovakiya arasında münasibətlərin bütün istiqamətlərdə genişlənməsinin zəruri olduğunu vurğuladı. Ölkələrimiz arasında əlaqələrin bu gün o qədər də intensiv xarakter daşımadığını qeyd edən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Slovakiyanın Konstitusiya Məhkəməsinin sədrinin Azərbaycana səfəri...
A
Ankarada Qanun yolu ilə Demokratiya naminə Avropa Şurası Venesiya Komissiyası və Türkiyənin Konstitusiya Məhkəməsinin birgə təşkil etdikləri Avropa Konstitusiya Məhkəmələri baş katiblərinin 4-cü konfransı keçirilmişdir.  Konfransda ölkəmizi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Tural Aslanov təmsil etmişdir.  Türkiyə Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç konfransı giriş sözü ilə açaraq qonaqları salamlamış və bu cür tədbirlərin Avropa Şurasına üzv ölkələrin kons...
Cari il iyul ayının 21-24 tarixlərində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti Moldova Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş beynəlxalq məhkəmə konfransında iştirak etmişdir. Konfransı Moldova Respublikasının Prezidenti cənab V. Voronin rəsmi açıq elan etmişdir. Tədbirdə, konstitusiya ədalət mühakiməsinin müasir cəmiyyətin inkişafında rolu, vətəndaşların konstitusiya məhkəmələrinə müraciətlərinin baxılması, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının konstitusiya məhkəmə icraatında tətbiqi və digər məhkəmə-hüquq məsələləri ilə ...
Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Sahib oğlu Abdullayevə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 iyul 2009 cu il.  
  Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 40 ili tamam olur. Bu tarixin 30 ilindən çoxu Azərbaycanın quruculuq və inkişaf salnaməsinə ulu öndərin xalqımız və ölkəmiz üçün gördüyü işlərin zəfər səhifələri kimi yazılmışdır. İndi Heydər Əliyevin siyasi irsini araşdıranlar çox haqlı olaraq həmin illərdə görülmüş işləri dövlət müstəqilliyimizə təminat yaradan başlıca amillər kimi qiymətləndirirlər. Ümummilli lider Heydər Əliyev məhz o illərdə böyük uzaqgörənliklə Azərbaycanın milli müstəqilliyini...
  İyulun 7-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin rəhbəri xanım Anja Königsmann ilə görüşmüşdür.  Konstitusiya Məhkəməsinin sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti, məhkəmə-hüquq islahatları, qabaqcıl Avropa təcrübəsinin öyrənilib tətbiq edilməsi sahəsində görülən işlər barədə qonağa məlumat vermişdir. F.Abdullayev demişdir ki, Azərbaycan məhkəmələri Avropa məhkəmə sisteminin elementlərini özünd...
İyunun 8-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birlikdə “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının milli qanunvericiliyin və məhkəmə təcrübəsinin inkişafına təsiri” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açaraq bildirmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının prioriteti hər bir demokratik dövlətin hüquq sisteminin ayrılmaz hissəsidir. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, ədalət prinsiplərinin təmin e...
M
Mayın 13-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkər ilə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev son illər respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də nailiyyətlərin əldə edildiyini, bu istiqamətdə məqsədyönlü islahatların aparıldığını bildirmişdir. Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən sədr, bu qurumun 1998-ci ildə yaradıldığını qeyd etmişdir. Vurğulanmışdır ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində hazırlanan qanunları...
M
Mayın 13-də Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Slovakiyanın Baş nazirinin müavini, Ədliyyə Naziri Ştefan Harabinlə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsi, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzər...
A
Aprelin 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birlikdə “Fərdi konstitusiya şikayəti: aktual məsələlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir.    Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirmişdir ki, respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə və hüquq sahəsində də məqsədyönlü islahatlar aparılır. Azərbaycanda Konstitusiya Məhkəməsinin 1998-ci ildə yaradıldığı və fəaliyyətə başladığı ilk gündən beynəlxalq təcrübəyə, xüsusən Almaniya Federal Konstitusiya Məhkəməsinin təcrüb...
Aprelin 7-də Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Paris şəhər prokurorunun müavini xanim Fransuaz Giyo ilə görüş keçirilmişdir.  Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsi, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzərə...
Martın 19-da Konstitusiya Məhkəməsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə və hüquq sahəsində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. O, GTZ tərəfindən 1998-ci ildən həyata keçirilməsinə başlanmış “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin xüsusi rolu olduğunu vurğulamışdır. Məhz həmin layihənin icrası Azərbaycanda məhkəmə və hüquq sahəsində hazırlanan ...
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev martın 17-də Avropa uğrunda Liberallar və Demokratlar alyansının nümayəndəsi Pol Uilin başçılıq etdiyi Konstitusional referendumun müşahidə olunması üzrə xüsusi komitənin üzvləri ilə görüşmüşdür. Konstitusiya Məhkəməsinin son illərdəki fəaliyyəti, məhkəmə-hüquq islahatları sahəsində görülən işlər barədə qonaqlara məlumat verən F.Abdullayev bildirmişdir ki, müasir dövrdə demokratik cəmiyyətin formalaşması açıq seçkilər və referendum yolu ilə həll olunur. Azərbaycanda 1995-ci ...
Fevralın 5-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 2008-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.  Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yığıncağı açaraq, əvvəlcə 2008-ci ildə görülmüş işlərdən danışmışdır. Ötən il Konstitusiya Məhkəməsinin bir sıra mühüm qərarlar qəbul etdiyini diqqətə çatdıran sədr, sonra sözü aparatın şöbə müdirlərinə vermişdir. Hər bir şöbə üzrə hesabatlar dinlənilmiş, yerinə yetirilmiş tapşırıqlar barədə məruzələr edilmiş, k...
  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 21-24-dək Keyptaun şəhərində Avropa Şurası Venesiya Komissiyası ilə Cənubi Afrika Respublikasının Konstitusiya Məhkəməsinin birgə təşkil etdiyi “Konstitusiya ədalət mühakiməsinin cəmiyyətin inkişafına təsiri” mövzusunda Konstitusiya Məhkəmələrinin Dünya Forumunda iştirak etmişdir.   Tədbirin təntənəli açılışında Cənubi Afrika Respublikasının Prezidenti Kalema Motlante çıxış edərək, konstitusiya nəzarəti orqanlarını sıx əməkdaşlığa dəvət etmiş, beynəlxalq f...
Dekabrın 24-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün Milli Məclisi tərəfindən təqdim olunmuş “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı məsələyə baxılmışdır.  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin nümayəndələrinin çıxışlarını nəzərə alaraq qərara almışdır ki, “Azərbaycan Respublikası Konstitu...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15