ANA SƏHİFƏ » Xəbərlər

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avropa Şurası Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birlikdə Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya mexanizmləri” mövzusunda konfrans keçirəcəkdir. Tədbirdə bir sıra xarici ölkələrin konstitusiya məhkəmələrinin sədr və hakimləri, habelə Azərbaycan Respublikasının dövlət qurumlarının və hüquq ictimaiyyətinin nümayandələri iştirak edəcəklər.  Konfrans 2010-cu il noyabrın...
Oktyabrın 20-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2010-cu il noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri ilə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə yara...
Sentyabrın 24-də Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində isl...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullyevin rəhbərliyik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikası Konstitusiya Şurasının Sədri İqor Roqovun dəvətilə Qazaxıstan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş «Konstitusiya - dövlətin demokratik inkişafının əsası kimi» mövzusunda keçirilmiş beynəlxalq məhkəmə konfransında iştirak etmək üçün cari ilin avqust ayının 25-dən 28-dək Astana şəhərində səfərdə olmuşdur. Nümayəndə heyəti səfərin ilk günü Azərbaycan xalqı...
Cari ilin iyul ayının 11-dən 17-dək İndoneziyanın Cakarta şəhərində keçirilmiş “Ümumi Seçki Hüququ” mövzusunda Asiya ölkələrinin Konstitusiya Məhkəmələrinin 7-ci Konfransında Azərbayjan Respublikası Konstitusiya Məhkəməsinin Aparat Rəhbəri cənab Rauf Quliyev iştirak etmişdir. Tədbirlərin birinci günündə layihəsi hazırlanmış Asiya ölkələrinin Konstitusiya Məhkəmələrinin Assosiasiyası adlı təşkilatın Nizamnaməsi imzalanmışdır. Həmin təşkilatın təsisçiləri İndoneziya, Cənubi Koreya, Malayziya, Monqolustan, Filippin, Tayland və Özbəkistan Konstitusiya Məhkəmələri təsis&...
  İyulun 14-də Bakıda Azərbaycan Respublikası və Moldova Respublikası Konstitusiya məhkəmələri arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Mərasimdən əvvəl Moldova Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulberenin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri və Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Ə...
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində görülmüş işlər dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş, ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemi kökündən dəyişmişdir. Bu gün fərəh hissi ilə demək olar ki, irimiqyaslı qanunvericilik islahatlarını, institusional səviyyədə bir sıra yeni təsisatların yaradılmasını, beynəlxalq birliyə sürətli inteqrasiyanı, ictimai münasibətlər sisteminin müasir dəyərlərə uyğun təşkilini tələb edən bu mürəkkəb proses çərçivəsində əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Şübhəsiz ki, ...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev cari il iyunun 28-dən iyulun 2-dək Niderland Krallığı Məhkəmə Şurasının sədri və ədliyyə nazirinin dəvəti ilə Haaqa şəhərində işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində Niderland Krallığının Məhkəmə Şurasının sədri Erik van der Emster və ədliyyə naziri Hirş Ballin ilə yanaşı, Ali Məhkəmənin sədri Gert Korstens, Dövlət Şurasının üzvü və Beynəlxalq Hüquq Əməkdaşlığı Məhkəməsinin İcraiyyə Şurasının sədri Martin Ostinq, Konstitusiya Hüququ üzrə Dövlət Komissiyasının sədri Vilhelmina Tomassen və BMT-in Beynəlxalq Əda...
İyunun 23-də Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə bu qurumun yeni təyin olunmuş hakimlərinin təqdim edilməsi mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov iştirak etmışlər.  Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açaraq bu günün rəhbərlik etdiyi qurumun həyatında əlamətdar hadisə kimi yadda qalacağını söyləmişdir. Bildirilmişdir ki, iyunun 22-də Azərbaycan Prezidenti İlha...
Mayın 7-də Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.  Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik və Azərbaycan dövlətçiliyinin üzləşdiyi digər faciəvi hadisələri xatırlatmışdır. Qeyd edilmişdir kı, belə bir məq...
Mayın 3-də Konstitusiya Məhkəməsində 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir. Görüş iştirakçıları əvvəlcə Böyük Vətən müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qələbə gününün bütün sülhsevər xalqlar kimi, azərbaycanlılar üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O demişdir ki, müstəqilliyimizin ilk illərində respublikamı...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullyevin rəhbərliyi ilə nümayəndə heyəti cari il fevral ayının 23-dən 27-dək Moldova Respublikası Konstitusiya Məhkəməsinin sədri D. Pulberinin dəvəti ilə Moldova Respublikasının Konstitusiya məhkəməsinin 15 illiyinə həsr olunmuş beynəlxalq məhkəmə konfransında iştirak etmək üçün Kişinyov şəhərində işguzar səfərdə olmuşdur. Bir çox Konstitusiya məhkəmələrinin sədrləri və hakimlərinin iştirakı ilə keçirilmiş yubiley tədbirlərində Konstitusiya aliliyinin konstitusiya nəzarəti orqanları tərəfindən təmin edilməsi, vətəndaşların hüquq və a...
Yanvarın 28-dən 30-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev və Ali Məhkəməsinin Sədri Ramiz Rzayevin başçılıq etdikləri yüksək məhkəmə orqanlarının nümayəndə heyəti Strasburq şəhərində işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Sədri Jan-Pol Kosta ilə görüş keçirmişdir. Qonaqları salamlayan Sədr Jan-Pol Kosta Avopa Məhkəməsi ilə Azərbaycan Respublikasının məhkəmə orqanları arasında olan qarşılıqlı əməkdaşlığı...
İclasda Aparatın struktur bölmələri rəhbərlərinin görülmüş işlərlə bağlı hesabatları dinlənilmişdir. Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin sayı, şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, icraata götürülmüş şikayətlərə dair şöbə və bölmələrin hazırladığı rəylər, məhkəmənin beynəlxalq əlaqələri və digər mühüm məsələlərlə bağlı məruzələr dinlənilmiş, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülmüşdür. Məlumat verilmişdir ki, 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə 1792 şikayət ər...
  Yanvarın 19-da Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış etmişdir. O bildirmişdir ki, XX əsrdə totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar qırğını Azərbaycan xalqına, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayətdir. Bununla bərabər, o müdhiş gecə tariximizə təkcə faciə k...
Yanvarın 13-də Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Almaniyanın Federal Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq Fondunun direktoru Mattias Vekkerlenq ilə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində hazırlanan qanunların ...
  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federal Konstitusiya Məhkəməsinin dəvəti və Almaniya Texniki Əməkdaşlıq cəmiyyətinin dəstəyi ilə dekabrın 8-dən 11-dək Almaniya Federativ Respublikasında işguzar səfərdə olmuşdur. Almaniya Federal Konstitusiya Məhkəməsinin Sədr əvəzi Andreas Vosküxle və bir sıra hakimləri ilə keçirilmiş görüşlər zamanı konstitusiya ədalət mühakiməsi sahəsində bir sıra hüquqi məsələlər ətrafında müxtəlif fikir mübadilələri aparılm...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 12-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyanın müəllifi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.
  XXI əsrdə biz müasir dünyanın mənzərəsinin köklü dəyişikliklərə məruz qaldığının şahidi oluruq. Bu gün demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət ayrılıqda hər bir dövlətdə, bütövlükdə isə beynəlxalq münasibətlərdə müəyyənedici amillər kimi çıxış edir. İstənilən demokratik cəmiyyətin əsasını insan hüquq və azadlıqlarının tanınması və onların səmərəli təminatı mexanizmlərinin mövcudluğu təşkil edir. Cəmiyyətin inkişafı, onun maddi və mənəvi çiçəklənməsi, vətəndaş sülhü yalnız insanın ali dəyər, onun hüq...
Noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Konstitusiya gününə və “Hüquqi dövlətin əsasları” mövzusunda keçirilmiş hüquq olimpiadasının yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Konstitusiya Məhkəməsinin mərkəzi aparatında keçirilən mərasimi açan sədr Fərhad Abdullayev iştirakçıları Konstitusiya Günü münasibətilə təbrik etmiş, bildirmişdir ki, bu gün həm də orta məktəb şagirdləri arasında keçirilmiş və artıq ənənə halı almış h&...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15