ANA SƏHİFƏ » Xəbərlər

F.S.Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Fərhad Sahib oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 dekabr 2018-ci il.
Hər il noyabrın 12-si Azərbaycanda dövlət bayramı olan Konstitusiya Günü qeyd edilir. Noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi Əsas Qanunun qəbul edilməsinin 23 illiyi münasibətilə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri və əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül-ç...
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ali və orta məktəblərinin tələbələri və yuxarı sinif şagirdləri arasında keçirilən, 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” mövzusunda hüquq olimpiadasına yekun vurulub. Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları, rayon rəhbərliyi, ali və orta təhsil müəssisələrinin müəllim, tələbə və şagird kollektivləri iştirak ed...
Məlum olduğu kimi, 2018-ci ilin may ayında Bakı Apellyasiya Məhkəməsi konkret mülki mübahisəyə əsasən xarici valyutada verilmiş kredit öhdəliyi kontekstində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin rəsmi şəkildə şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Mülki Məcəllənin qeyd olunan maddəsində müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, onun dəyişdirilməsinə və ya ləğv edilm...
&
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş tədbirlər planı çərçivəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Aparatının bir qrup əməkdaşı 12 oktyabr 2018-ci il tarixdə Quba şəhərinə səfər edərək, 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında cinayətkar erməni hərbi dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət etmişdirlər. Səfərin əvvəlində nümayəndə heyətinin &...
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. İclasda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2-ci və 35-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş mate...
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. Iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, Azərbaycan Res...
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müz...
&
  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti avqustun 28-dən 30-dək Qazaxıstan Respublikasının Konstitusiya Gününə həsr edilmiş “Konstitusiya: qanunun aliliyi, vətəndaş cəmiyyəti və müasir dövlət dəyərlərinin təcəssümü” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri Kayrat Maminin dəvəti ilə Astana şəhərində səfərdə olub Tədbirin əvvəlində Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin konfrans iştirak&...
“Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi səmərəli fəaliyyəti ilə Azərbaycan Respublikasının hüquq sisteminin sabitliyinin təmin edilməsində, onun davamlı inkişafında, milli qanunvericiliyimizin müasir dünya hüquq sisteminə inteqrasiyasında, cəmiyyətdə hüquq mədəniyyətinin daha da yüksəldilməsində əhəmiyyətli rol oynamış, insan hüquqlarının etibarlı təminatçısına çevrilmişdir. Əminəm ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Ko...
İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 ili tamam olur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də fəaliyyətə başlayıb.  Yubiley münasibətilə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev başda olmaqla, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları iyulun 13-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. G&...
İyulun 6-da Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Avropa Şurasının Venesiya Komissiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən birgə təşkil olunan konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Konfransı açıq ...
Mən bu mühüm tədbirdə iştirak etməyimdən hədsiz sevinc hissi keçirirəm. Bu gün həm Azərbaycan, həm də Qazaxıstan üçün bayramdır. Azərbaycan Konstitusiya Məhkəməsinin yaradılmasının və Astananın Qazaxıstanın paytaxtı olmasının 20 ili tamam olur. Bizim xalqlarımızı sıx dostluq telləri birləşdirir. Qazaxıstan və Azərbaycan hüquqşünasları arasında əlaqələr genişdir, biz sizin ölkənizdə hüquq sahəsində baş verən dəyişiklikləri izləyirik. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondun...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi münasibətilə Bakıda keçirilən “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfransa dəvəti böyük məmnuniyyət və sevinclə qəbul etdim. Həqiqətən, iyirmi il böyük tarixdir. Bu müddətdə bizimlə Azərbaycan arasında çox sıx əməkdaşlıq olub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Slovakiya Respublikasının Konstitusiya Məhkəməsi arasında möhkəm ikitərəfli münasibətlər və məhsuldar əməkdaşlıq yaranıb. Bunu 
“Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda dünyanın bir çox ölkələrindən nümayəndələrin iştirakı tədbirin önəmindən xəbər verir. Konstitusiya hər bir ölkənin fundamental qanunlarının əsasını təşkil edir. Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 ili tamam olur. Bu, Azərbaycanın müstəqillik tarixində çox önəmli hadisədir. Azərbaycan Konstitusiya Məhkəməsi beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, daim inkişaf edir və yeniliklər...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 ili tamam olur. Bu, bizim üçün çox önəmli bir hadisədir. Konstitusiya Məhkəməsi ədalət mühakiməsi orqanı kimi hər bir hüquqi, demokratik dövlətdə mühüm əhəmiyyət kəsb edir. İyirmi illik fəaliyyəti dövründə Konstitusiya Məhkəməsinin səlahiyyətlərində bir sıra dəyişikliklər edildi. Bu gün biz sevinc hissi ilə deyirik ki, Konstitusiya Məhkəməsi cəmiyyətdə özünə kifayət qədər nüfuz qazanıb və qəbul etdiyi qərarlarla hüququn bir çox sahələrinə təsir göstərir. Bu sözləri&n...
İyulun 6-da Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Konfransı açıq elan edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan beynəlxa...
Hörmətli Konstitusiya Məhkəməsi hakimləri və əməkdaşları!  Sizi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə təbrik edirəm. Konstitusiya Məhkəməsinin yaradılmasının 20-ci ildönümü Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ilə təsadüf edir və bu iki mühüm tarix Azərbaycan xalqının güclü demokratik ənənələrə malik olmasını əyani şəkildə nümayiş etdirir. Müstəqil Azərbaycanda konstitusionalizm ideyalarının inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndərin rəhbərliy...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi münasibətilə Bakıda keçirilən “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfransın iştirakçıları iyulun 6-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzül&uum...
Ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyəti ilə iyunun 22-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib. Əlcəzair nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu bildirən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev səfər çərçivəsində keçirilən səmərəli görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən Fər...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17