Qəbul Cədvəli

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

 

2023-cü il ərzində Azərbaycan Respublikası Konstitusiya 
Məhkəməsi tərəfindən vətəndaşların qəbulu üzrə

CƏDVƏL

 

Adı, Soyadı, Atasının adı, vəzifəsi

Qəbul günləri

Saat

Fərhad Sahib oğlu Abdullayev
Konstitusiya Məhkəməsinin Sədri

Hər ayın ikinci və dördüncü həftəsinin cümə günləri


Sona Sadıx qızı Salmanova
Konstitusiya Məhkəməsinin Sədr müavini

Hər ayın birinci və üçüncü həftəsinin çərşənbə axşamı günləri

 

Rauf Rəhim oğlu Quliyev
Konstitusiya Məhkəməsinin Aparat rəhbəri

Hər həftənin bazar ertəsi və cümə günləri

14.00-18.00

Şahin Möhübbət oğlu Rüstəmov
Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini

Hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri

10.00-13.00

Anar Əli oğlu Cəfərov
Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri

Şənbə və bazar günləri istisna olmaqla, hər gün

10.00-18.00

 

                                                                         

 

Azərbaycan  Respublikası  Konstitusiya Məhkəməsinin Sədrinin 2004- il  14 yanvar tarixli  1 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. 

 

Konstitusiya Məhkəməsinə verilən şikayətə dair

TƏLƏBLƏR 

 

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayətlərin verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsi və «Konstitusiya Məhkəməsi haqqında» 2003-cü il 23 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 34-cü və 35-ci maddələri ilə tənzimlənir.               

2. Konstitusiya Məhkəməsində icraat ödənişsizdir.

3. Konstitusiya Məhkəməsinə şikayətin predmetini şəxsin hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktları, bələdiyyə və məhkəmə aktları təşkil edir.

4. Konstitusiya Məhkəməsinə şikayət:

- məhkəmə aktlarından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra;

- ərizəçinin  məhkəməyə müraciət etmək hüququ pozulduqda;

- hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsilə qarşısının alınması mümkün olmadıqda verilə bilər.

5.      Konstitusiya Məhkəməsinə şikayət bir qayda olaraq aşağıdakı müddətlərə riayət etməklə verilir:

5.1. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının (Ali Məhkəmənin qərarı) qüvvəyə mindiyi andan altı ay müddətində

5.2. ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində:

6Şikayətdə aşağıdakılar göstərilməlidir:

6.1.  Konstitusiya Məhkəməsinin adı;

6.2.  şəxsin adı, soyadı, atasının adı, ünvanı;

6.3. mübahisə olunan normativ-hüquqi, məhkəmə və ya bələdiyyə aktını qəbul etmiş dövlət və ya yerli özünüidarə orqanının adı və ünvanı;

6.4.  Konstitusiya Məhkəməsinə müraciət hüququ verən Azərbaycan Respublikası Konstitusiyasının və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun normaları;

6.5.  mübahisə olunan aktın dəqiq adı, qəbul edildiyi tarix, nömrəsi, dərc olunduğu mənbə və ona dair digər məlumatlar;

6.6. məsələyə dair şəxsin mövqeyi və Azərbaycan Respublikası

Konstitusiyasının və ya digər normativ hüquqi aktların müvafiq normalarına istinadla onun hüquqi əsaslandırılması;

6.7.  Konstitusiya Məhkəməsinə şikayətlə əlaqədar ünvanlanmış xahiş.

7. Şikayətdə aşağıdakılar əsaslandırılmalıdır:

7.1.  mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktı ilə ərizəçinin hüquq və azadlıqlarının pozulması;

7.2.  məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsi, məhkəməyə müraciət etmək hüququnun pozulması və ya ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsilə qarşısının alınmasının mümkün olmaması.

8Şikayətə aşağıdakılar qoşulmalıdır:

8.1.   ərizəçinin qənaətinə görə işin hallarının aydınlaşdırılması üçün lazım olan izahatlar və sənədlər;

8.2.   nümayəndəliyin vəzifə kimi həyata keçirilməsi halları istisna olmaqla nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd, habelə şəxsin Konstitusiya Məhkəməsində nümayəndə kimi çıxış etmək hüququnu təsdiq edən sənədlərin surətləri:

8.3.   mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktının surəti;

8.4.   başqa dildə verilmiş bütün sənədlərin və digər materialların Azərbaycan dilinə tərcüməsi;

8.5.   məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsini və ya məhkəməyə müraciət etmək hüququnun pozulmasını təsdiq edən sənədlər.

9. Şikayət ona qoşulmuş materiallarla birgə 1 nüsxədə təqdim edilir.

10. Əlavə məlumat almaq üçün 492-91-03, 492-79-61 nömrəli telefonlara müraciət etmək olar.