homeazerienglishrussian

Banner
Banner
Banner
Banner
Banner
Banner
Azərbayjan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatı PDF Çap et E-mail
02.09.10

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullyevin rəhbərliyik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikası Konstitusiya Şurasının Sədri İqor Roqovun dəvətilə Qazaxıstan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş «Konstitusiya - dövlətin demokratik inkişafının əsası kimi» mövzusunda keçirilmiş beynəlxalq məhkəmə konfransında iştirak etmək üçün cari ilin avqust ayının 25-dən 28-dək Astana şəhərində səfərdə olmuşdur.

Ardı...
 
Konstitusiya Məhkəməsi Aparat rəhbəri Rauf Quliyev İndoneziyanın Jakarta şəhərinə səfər etmişdir PDF Çap et E-mail
28.07.10

Cari ilin iyul ayının 11-dən 17-dək İndoneziyanın Cakarta şəhərində keçirilmiş “Ümumi Seçki Hüququ” mövzusunda Asiya ölkələrinin Konstitusiya Məhkəmələrinin 7-ci Konfransında Azərbayjan Respublikası Konstitusiya Məhkəməsinin Aparat Rəhbəri jənab Rauf Quliyev iştirak etmişdir.

Ardı...
 
Bakida Azərbaycan və Moldova Konstitusiya Məhkəmələri arasinda qarşiliqli əməkdaşliq haqqinda Memorandum imzalanmişdir PDF Çap et E-mail
15.07.10

İyulun 14-də Bakıda Azərbaycan Respublikası və Moldova Respublikası Konstitusiya məhkəmələri arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Ardı...
 
Azərbaycan Konstitusiya Məhkəməsinin Sədri Niderlandda Məhkəmə-Hüquq Orqanlari arasinda qarşiliqli əlaqələrlə bağli fikir mübadiləsi aparmişdir PDF Çap et E-mail
08.07.10

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev cari il iyunun 28-dən iyulun 2-dək Niderland Krallığı Məhkəmə Şurasının sədri və ədliyyə nazirinin dəvəti ilə Haaqa şəhərində işgüzar səfərdə olmuşdur.

Ardı...
 
More Articles...
<< Başlanğıc < Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli > Son >>

Səhifə 1 / 11
Konstitusiya Məhkəməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Ardı
 
Müəllif hüquqları © 2008 constcourt.gov.az | Dəstək: SAYQAN