homeazerienglishrussian

Banner
Banner
Banner
Banner
Banner
Banner

 Dövlət gerbi

 

«Məhkəmələr və hakimlər haqqında» və «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunlarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999-cu il, № 5, maddə 248, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6, maddə 278; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005-ci il, № 1, maddə 7) 106-cı maddəsinin birinci hissəsinin ikinci abzasında «şərti maliyyə vahidinin 1300 misli» sözləri «1.785,0 manat» sözləri ilə əvəz edilsin.

II. «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 9, № 8, maddə 598, № 9, maddə 668) 71.2-ci maddəsində «şərti maliyyə vahidinin 1300 mislinə bərabərdir» sözləri «1.785,0 manatdır» sözləri ilə əvəz edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 8 may 2007-ci il
№ 330-IIIQD
«Azərbaycan» qəzetində dərc edilmişdir (15 may 2007-ci il, № 104)
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 may 2007-ci il, № 5, maddə 446)

 
Müəllif hüquqları © 2008 constcourt.gov.az | Dəstək: SAYQAN