homeazerienglishrussian

Banner
Banner
Banner
Banner
Banner
Banner
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Mətbuat Xidmətlərinin birgə məlumati PDF Çap et E-mail
02.02.10

Yanvarın 28-dən 30-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev və Ali Məhkəməsinin Sədri Ramiz Rzayevin başçılıq etdikləri yüksək məhkəmə orqanlarının nümayəndə heyəti Strasburq şəhərində işgüzar səfərdə olmuşdur.

Ardı...
 
Konstitusiya Məhkəməsində 20 yanvar faciəsi qurbanlarinin xatirəsini anma mərasimi PDF Çap et E-mail
22.01.10

Yanvarın 19-da Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Ardı...
 
Almaniyanin Beynəlxalq Hüquq Fondu Azərbaycanin Konstitusiya Məhkəməsi ilə əməkdaşliqda maraqlidir PDF Çap et E-mail
15.01.10

Yanvarın 13-də Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Almaniyanın Federal Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq Fondunun direktoru Mattias Vekkerlenq ilə görüş keçirilmişdir.

Ardı...
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatı PDF Çap et E-mail
16.12.09

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federal Konstitusiya Məhkəməsinin dəvəti və Almaniya Texniki Əməkdaşlıq cəmiyyətinin dəstəyi ilə dekabrın 8-dən 11-dək Almaniya Federativ Respublikasında işguzar səfərdə olmuşdur.

Ardı...
 
More Articles...
<< Başlanğıc < Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli > Son >>

Səhifə 3 / 11
Konstitusiya Məhkəməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Ardı
 
Müəllif hüquqları © 2008 constcourt.gov.az | Dəstək: SAYQAN