homeazerienglishrussian

Banner
Banner
Banner
Banner
Banner
Banner
Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin sədri Keyptaunda keçirilən beynəlxalq forumda iştirak etmişdir PDF Çap et E-mail
03.02.09
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 21-24-dək Keyptaun şəhərində Avropa Şurası Venesiya Komissiyası ilə Cənubi Afrika Respublikasının Konstitusiya Məhkəməsinin birgə təşkil etdiyi “Konstitusiya ədalət mühakiməsinin cəmiyyətin inkişafına təsiri” mövzusunda Konstitusiya Məhkəmələrinin Dünya Forumunda iştirak etmişdir.
Ardı...
 
Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasi Konstitusiyasina əlavələr və dəyişikliklər edilməsi haqqinda” referendum akti layihəsinə rəy vermişdir PDF Çap et E-mail
24.12.08

Dekabrın 24-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün Milli Məclisi tərəfindən təqdim olunmuş “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı məsələyə baxılmışdır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin nümayəndələrinin çıxışlarını nəzərə alaraq qərara almışdır ki, “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsində göstərilən təkliflər ümumxalq səsverməsinə - referenduma çıxarıla bilər.

 
Yeni materiallar PDF Çap et E-mail
04.12.08
Beynəlxalq əməkdaşliq fəslində "Hüquqi dövlətin qurulmasında konstitusiyasinın rolu" mövzusu olan Konfransın materialları yerləşdirilib
 
Konstitusiya Məhkəməsinin əməkdaşlri Tbilisi şəhərində “Cənubi Qafqazda qanunun aliliyi və ədalət məhkəməsi - hüquqşünas peşəsinin nailiyyətləri və çətinlikləri” mövzusunda keçirilmiş Konfransda iştirak etmişdirlər PDF Çap et E-mail
02.12.08

Carı ilin noyabrın 19-20 tarixlərində Tbilisi şəhərində Avropa Şurasının təşkilatçılığı ilə “Cənubi Qafqazda qanunun aliliyi və ədalət məhkəməsi-hüquqşünas peşəsinin nailiyyətləri və çətinlikləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Ardı...
 
More Articles...
<< Başlanğıc < Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli > Son >>

Səhifə 9 / 11
Konstitusiya Məhkəməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Ardı
 
Müəllif hüquqları © 2008 constcourt.gov.az | Dəstək: SAYQAN