homeazerienglishrussian

Banner
Banner
Banner
Banner
Banner
Banner
Konstitusiya Məhkəməsində Paris şəhər prokurorunun müavini xanim Fransuaz Giyo ilə görüş olmuşdur PDF Çap et E-mail
09.04.09

Aprelin 7-də Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Paris şəhər prokurorunun müavini xanim Fransuaz Giyo ilə görüş keçirilmişdir. 

Ardı...
 
Konstitusiya Məhkəməsində Almaniya Texniki Əməkdaşliq Cəmiyyətinin nümayəndə heyəti ilə görüş olmuşdur PDF Çap et E-mail
20.03.09

Martın 19-da Konstitusiya Məhkəməsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Ardı...
 
Konstitusiya Məhkəməsində Avropa uğrunda liberallar və demokratlar alyansinin nümayəndəsi Pol Uilin başçiliq etdiyi konstitusional referendumun müşahidə olunmasi üzrə xüsusi komitənin üzvləri ilə görüş PDF Çap et E-mail
20.03.09

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev martın 17-də Avropa uğrunda Liberallar və Demokratlar alyansının nümayəndəsi Pol Uilin başçılıq etdiyi Konstitusional referendumun müşahidə olunması üzrə xüsusi komitənin üzvləri ilə görüşmüşdür.

Ardı...
 
Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumati PDF Çap et E-mail
06.02.09

Fevralın 5-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 2008-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yığıncağı açaraq, əvvəlcə 2008-ci ildə görülmüş işlərdən danışmışdır. Ötən il Konstitusiya Məhkəməsinin bir sıra mühüm qərarlar qəbul etdiyini diqqətə çatdıran sədr, sonra sözü aparatın şöbə müdirlərinə vermişdir.

Ardı...
 
More Articles...
<< Başlanğıc < Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli > Son >>

Səhifə 8 / 11
Konstitusiya Məhkəməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Ardı
 
Müəllif hüquqları © 2008 constcourt.gov.az | Dəstək: SAYQAN