homeazerienglishrussian

Banner
Banner
Banner
Banner
Banner
Banner
Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatı Sədrlərinin görüşündə iştiraki PDF Çap et E-mail
21.10.09

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti cari il oktyabr ayının 14-dən 16-dək Rumıniya Respublikası Konstitusiya Məhkəməsinin sədri İon Vidanın dəvətəi ilə Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatı Sədrlərinin görüşündə iştirak etmək üçün Buxarest şəhərində işgüzar səfərdə olmuşdur.

Ardı...
 
Konstitusiya Məhkəməsində Slovakiya Konstitusiya Məhkəməsinin nümayəndə heyəti ilə görüş olmuşdur PDF Çap et E-mail
08.10.09

Oktyabrın 7-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Ardı...
 
Slovakiya Respublikasi Konstitusiya Məhkəməsinin Sədri Azərbaycanda səfərdədir PDF Çap et E-mail
08.10.09

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin dəvəti ilə Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.

Ardı...
 
Azərbaycan Prezidenti Ilham Əliyev Slovakiyanin Konstitusiya Məhkəməsinin Sədri Ivetta Matsejkovanin başçiliq etdiyi nümayəndə heyətini qəbul etmişdir PDF Çap et E-mail
08.10.09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ardı...
 
More Articles...
<< Başlanğıc < Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli > Son >>

Səhifə 5 / 11
Konstitusiya Məhkəməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Ardı
 
Müəllif hüquqları © 2008 constcourt.gov.az | Dəstək: SAYQAN