homeazerienglishrussian

Banner
Banner
Banner
Banner
Banner
Banner
Konstitusiya Məhkəməsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarini ziyarət etmişdir PDF Çap et E-mail
13.11.09

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 12-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyanın müəllifi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.

 
Azərbaycan Respublikasi Konstitusiyasinin qəbul edilməsindən on dörd il ötür PDF Çap et E-mail
13.11.09

XXI əsrdə biz müasir dünyanın mənzərəsinin köklü dəyişikliklərə məruz qaldığının şahidi oluruq. Bu gün demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət ayrılıqda hər bir dövlətdə, bütövlükdə isə beynəlxalq münasibətlərdə müəyyənedici amillər kimi çıxış edir.

Ardı...
 
Yaradicisi ulu öndər Heydər Əliyev olan Azərbaycan Konstitusiyasi hüquqi dövlətimizin təməl sənədidir PDF Çap et E-mail
13.11.09

Noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Konstitusiya gününə və “Hüquqi dövlətin əsasları” mövzusunda keçirilmiş hüquq olimpiadasının yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Ardı...
 
Konstitusiya Məhkəməsində Atət-in Baki ofisinin rəhbəri ilə görüş olmuşdur PDF Çap et E-mail
29.10.09

Oktyabrın 28-də Konstitusiya Məhkəməsində ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel ilə görüş keçirilmişdir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir.

Ardı...
 
More Articles...
<< Başlanğıc < Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli > Son >>

Səhifə 4 / 11
Konstitusiya Məhkəməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Ardı
 
Müəllif hüquqları © 2008 constcourt.gov.az | Dəstək: SAYQAN