2004-07-22 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Avropa Şurasının Strateji Planlaşdırma Departamentinin Rəhbəri Can-Lui Loranı qəbul etmişdir.

Xəbərlər

2004 Jul

22 iyul 2004-cü ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Avropa Şurasının Strateci Planlaşdırma Departamentinin Rəhbəri Can-Lui Loranı qəbul etmişdir. Cənab Abdullayev qonağı salamlayaraq 2004-cü il yanvar ayının 8-dən qüvvəyə minmiş “Konstitusiya Məhkəməsi haqqında” Qanun, həmçinin Konstitusiya Məhkəməsinin fəaliyyətindəki inkişaf haqqında məlumat vermişdir.
Görüş zamanı Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlar, vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququndan geniş istifadə etməsi, referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsindən sonra Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququ verilmiş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) verdiyi sorğular haqqında danışmışdır. Qonaq Azərbaycan Respublikası və Avropa Şurası Venesiya Komissiyası arasında birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etmişdir. Cənab Loran insan hüquq və azadlıqlarının müdafiəsi və demokratiyanın inkişafı sahəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolunu vurğulamışdır.