Konstitusiya Məhkəməsinin və Əqli Mülkiyyət Agentliyinin rəhbərləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər

Xəbərlər

2021 Dec

12.12.2021

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev və Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Fəxri xiyabana gələrək ilk milli Konstitusiyamızın müəllifi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Konstitusiya Məhkəməsinin və Əqli Mülkiyyət Agentliyinin rəhbər heyətləri Əbədiyaşar Liderin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla anıblar.