Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiya gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı elmi-praktiki konfrans keçirəcək

Xəbərlər

2021 Aug

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiya gününə həsr olunmuş

 “Hüquqi dövlətin əsasları” adlı elmi-praktiki konfrans keçirəcək.

 

            Konfransda təqdim olunacaq məqalələr üçün qoyulan tələblər:

 

·         məqalənin son göndərilmə vaxtı: 1 oktyabr 2021-ci il;

·         məqalələr üç  dildə - Azərbaycan, rus və ya ingilis dilində qəbul edilir;

·         Məqalələr Arial şrifti – 12 pt olmalıdır;

·         məqalələrin həcmi: ədəbiyyat siyahısı və xülasə istisna olmaqla 6 səhifədən az olmamaqla, format A4;

·         Müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);

·         Təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;

·         müəllifin elektron poçt ünvanı və əlaqə telefonu göstərilməlidir;

·         məqalənin adı – 14 pt, tünd rənglə;

·         xülasə, açar sözlər – azərbaycan, ingilis, rus dilində, 12 pt, tünd rənglə;

·         Şriftlərarası məsafə (interval) 1,5 sm;

·         yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan – 2 sm, sağdan – 2 sm;

·         Ədəbiyyat siyahısı əlifba sırası ilə, azərbaycan, türk, inglis, rus dili üzrə ardıcıl olaraq düzülür;

·         Məqalələr elektron variantda təqdim olunmalıdır;

·         1 oktyabrdan sonra göndərilmiş materiallar qəbul edilməyəcəkdir.

 

 

 

Konfransın təşkilat komitəsinin ünvanı:

Bakı şəhəri, Gənclər Meydanı 1, Bakı AZ1005 Azərbaycan,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi,

Konstitusiya hüququ şöbəsi.

 

Təşkilat komitəsi ilə əlaqə nömrələri və elektron ünvan:

Tel: 492-62-86; 492-98-49

e-mail:  binnatzade@mail.ru