AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN
RESPUBLİKASI
KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
2004-cü
il oktyabrın 19-da 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar
- Daşkəsən seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş əlavə seçkilərin nəticələrinə dair
16
noyabr 2004-cü il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu F.Abdullayev (sədrlik edən), F. Babayev (məruzəçi-hakim), R.Qvaladze,
B.Qəribov, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə
katibi İ. İsmayılovun,
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini
S.Qasımovanın, katibləri N.Məmmədov və V.Mahmudov, üzvləri F.Cavadov,
R.İbrahimov, V.Kazımova, A.Tağıyev, İ.Məmmədov, Ə.Əliyev, X.Əhmədov, Y.Bağırzadə,
A.Əliyevin,
mütəxəssislər
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Geçgil və
U.Həmidovanın iştirakı ilə
Azərbaycan
Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə
müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında
2004-cü il 19 oktyabr tarixdə 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101
saylı Xanlar - Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş əlavə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə
dair konstitusiya işinə baxdı.
Hakim
F.Babayevin məruzəsini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri
M.Pənahovun, sədr müavini S.Qasımovanın, katiblər V.Mahmudov və N.Məmmədovun
çıxışlarını dinləyərək, mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin əməkdaşları H.Geçgil və U.Həmidovanın arayışını nəzərə alaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
2004-cü
il 19 oktyabr tarixdə 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı
Xanlar - Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə
əlavə seçkilər keçirilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası 24 saylı Nizami birinci, 29 saylı Səbail
və 101 saylı Xanlar - Daşkəsən seçki dairələrində 19 oktyabr 2004-cü il tarixdə
keçirilmiş əlavə seçkilərlə bağlı səsvermənin nəticələri haqqında dairə seçki
komissiyalarının protokollarını, qanuna müvafiq olaraq onlara əlavə edilən sənədlərlə
birlikdə 2004-cü il noyabrın 06-da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
təqdim etmişdir.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 171-ci maddəsinə görə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi müvafiq mütəxəssisləri cəlb etməklə Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş 24 saylı Nizami birinci,
29 saylı Səbail və 101 saylı Xanlar - Daşkəsən seçki dairələrində 19 oktyabr
2004-cü il tarixdə keçirilmiş əlavə seçkilərlə bağlı səsvermənin nəticələri
haqqında dairə seçki komissiyalarının protokollarının və onlara əlavə edilən sənədlərin
qanuna uyğunluğunu yoxlamışdır.
Təqdim
edilmiş sənədlərdən görünür ki, 2004-cü il 19 oktyabr tarixdə 24 saylı Nizami
birinci, 29 saylı Səbail və 101 saylı Xanlar - Daşkəsən seçki dairələrində Azərbaycan
Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmiş, seçkilər baş tutmuş
hesab edilmiş və deputat seçilmiş namizədlər müəyyənləşdirilmişdir.
Konstitusiya
Məhkəməsinə təqdim olunan Mərkəzi Seçki Komissiyasının 2004-cü il 05 noyabr
tarixli, 35/490 saylı qərarından müəyyən edilir ki, 24 saylı Nizami birinci
seçki dairəsinin 2, 20, 21 və 26 saylı seçki məntəqələri, 29 saylı Səbail seçki
dairəsinin 2, 4, 8 və 20 saylı seçki məntəqələrindən daxil olmuş şikayətlərlə əlaqədar
Mərkəzi Seçki Komissiyasında araşdırma aparılmış, göstərilən seçki məntəqələrində
səsvermənin nəticələri etibarsız hesab edilməklə ləğv edilmişdir. Lakin bu,
seçkilərin ümumi nəticəsinə təsir etməmişdir.
Seçkilərin
nəticələrinin yoxlanılması və təsdiq edilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə
2004-cü il 19 oktyabr tarixdə 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101
saylı Xanlar - Daşkəsən seçki dairələrində keçirilmiş əlavə seçkilərlə bağlı
şikayətlərin daxil olub-olmaması, daxil olmuşsa baxılmanın nəticələri barədə
arayış verilməsinə dair sorğular göndərilmişdir.
Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin 2004-cü il 15 noyabr tarixli məktubundan
görunür ki, 19 oktyabr 2004-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş əlavə seçkilərin nəticələri ilə bağlı müvafiq rayon məhkəmələrinə
heç bir şikayət daxil olmamışdır.
Azərbaycan
Respublikası Apellyasiya Məhkəməsinin 2004-cü il 11 noyabr tarixli məktubundan
məlum olur ki, 19 oktyabr 2004-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş əlavə seçkilərin nəticələrinə dair şikayət daxil olmamışdır.
İşdə
olan sənədlərin və mütəxəssislərin arayışının təhlili göstərir ki, Mərkəzi
Seçki Komissiyasının 2004-cü il 05 noyabr tarixli qərarı nəzərə alınmaqla Azərbaycan
Respublikasının Milli Məclisinə 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101
saylı Xanlar - Daşkəsən seçki dairələrində 19 oktyabr 2004-cü il tarixdə
keçirilmiş əlavə seçkilərlə bağlı səsvermənin nəticələri haqqında dairə seçki
komissiyalarının protokolları və onlara əlavə olunan sənədlər “Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə uyğundur.
Azərbaycan
Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin VIII hissəsini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54, 62, 63,
65, 66, 67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1.
2004-cü il 19 oktyabr tarixdə 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101
saylı Xanlar - Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş əlavə seçkilərin nəticələri təsdiq edilsin.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar
«Azərbaycan», «Respublika», «Xalq qəzeti», və «Bakinski raboçi» qəzetlərində və
«Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi
təfsir oluna bilməz.